Eldəniz Quliyevin bu sözləri Əli Əliyevi yerindən oynadacaq - söz davası
Bizi izləyin

Nida.az

Eldəniz Quliyevin bu sözləri Əli Əliyevi yerindən oynadacaq - söz davası

Eldəniz Quliyevin bu sözləri Əli Əliyevi yerindən oynadacaq-söz davası

“El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı yeni ittihamlar səsləndirib.

Publika.Az xəbər verir ki, E. Quliyev Əli Əliyevin işinin demokratik düşərgəni təhqir etməkdən ibarət olduğunu, bunu özünə strateji taktika seçdiyini deyib: “Sözün açığı, dəqiq bilmirəm mənə qarşı təhqir kompaniyasına başlamaq komandasını kim verib və bunun əsil səbəbi nədir...

Ancaq bu dəyyusluğu kimlərin vasitəsilə həyata keçirirlər? - bax bu, göz önündədir. İqtidarın ancaq xırda pullar üçün nəzərdə tutduğu “piston” cibindən çıxan VİP adlı, heç kimin tanımadığı və siyasi quruma, olsa-olsa, pis parodiya sayılan bir partiya var. Hətta onun, ancaq və ancaq irinli iddialardan maddiləşmiş Əli Əliyev adlı bir müdiri-sədri də var!

Həmin o qurama-parodiya-partiya yaradıldığı ilk gündən, “Vəlinin papağını geyinmiş” sədrinin “fas!” əmri ilə “dədəm mənə kor deyib...” prinsipini ,necə deyərlər, uca tutaraq, daha dəqiqi, çıxdığı cibə güvənərək, həm başından, həm də yaşından böyük qələtlər eləyir.

Əsas işini, siyasi strategiya və taktikasını demokratik düşərgəni aşağılayıb təhqir etmək, daşlamaq, qaralamaq, eləcə də müxalif liderlərə çamur atmaqda görür. Son bir neçə ay ərzində isə, onların “mübarizə dairəsinə” Milli Şura və onun rəhbərliyinə şər-böhtan “qonaqlığı” vermək vəzifəsi də əlavə olunub”.

O, bunları deyib vaxt itirmək istəmədiyini deyərək bildirib ki, bu cür mənasız partiyalar və onların sürüşkən sədrləri milçək kimi bir şeydir, belə bihudə məsələlərə əhəmiyyət vermək lazım deyil: “Amma təəssüflər ki, milçəyi heç nə saysaq da, o, ən azından, ürək bulandırır. Onların dilindən səslənən və bir çox KİV səhifələrində tirajlanan “mədəni” ifadələrinə ötəri də olsa nəzər salaq, təbii ki, oxuculardan üzr istəyərək: “... Eldəniz dilənçidir, məndən benzin pulu alırdı...”, “...kimdir axı bu Eldəniz Quliyev?

Vağzalda müştərilərə pullu “xidmət” edən qadınların leksikonu ilə danışan birisi...”, “... bu qanacaqsız adam xarici xüsusi xidmət orqanlarına xidmət edir...”, “...İkiayaqlı itdir Eldəniz Quliyev...”, “...Yuyulmamış qaşıq kimi özünü ortaya atan Eldəniz Quliyev Rusiyaya satılıb, Amerika, İran və elə satıldığı Rusiyanın şpionudur...”, “... Eldənizin psixi durumu yerində deyil...” və s. və i.a”.

E. Quliyev qeyd edib ki, elementar etikadan, mərifət- ədəbdən, habelə sağlam məntiqdən uzaq olan bu və bu kimi təhqiramiz ifadələr təkcə mənim yox, zaman-zaman Milli Şuranın fəxri Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Eldar Namazova, o cümlədən demokratik düşərgənin digər nüfuzlu şəxslərinə ünvanlanıb.

“Məşhur siyasət təlxəyi Hafiz Hacıyevə və öz satqınlıq şakərindən olmazın ləzzətini alan Əflan İbrahimova fora verən bu tərbiyənin sahiblərinə nə deyəsən, nə cavab verəsən? Necə eləyəsən ki, bu sayaq ağız ishalı ilə məşğul olan tərbiyəsizlərin fövqündə dayana biləsən? Söyüş və təhqirlərə duruş gətirəsən?

Nə desən, nə cavab versən, istər-istəməz və mütləq şəkildə onların səviyyəsinə düşməli olacaqsan... Odur ki, mən özünü obyektiv sayan bütün oxuculara üz tutaraq deyirəm: adam da sıfır (0) kimidir,- qarşısına rəqəm yazılan vaxt o insan olur. Görünür, Əli Əliyev kimilərinin qarşısına heç vaxt, heç bir “rəqəm” yazılmayıb.

Yazılmayıbsa, deməli o, hələ ki insan deyil, yəni elə öz sıfırlığındaca qalıb. Sıfırlığında qalan “adamlara” isə, heç kim deyirlər. Beləliklə, mən, heç kim olan bir məxluqa cavab verməyi özümə qətiyyən yaraşdırmıram!”-deyə E. Quliyev vurğulayıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm