Milli Məclisin payız sessiyası öz işinə başladı
Bizi izləyin

Nida.az

Milli Məclisin payız sessiyası öz işinə başladı

Milli Məclisin payız sessiyasının ilk plenar iclası dövlət himninin oxunması ilə öz işinə başlayıb.

Publika.az xəbər verir ki, spiker Oqtay Əsədov parlamentin ötən müddətdə effektiv fəaliyyət göstərdiyini və beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini deyib: “Yaz növbədənkənar sessiyalarında 38 ölkəyə deputatlar səfər ediblər. 40-dan çox xarici ölkə nümayəndəsi Milli Məclisdə olub. Milli Məclis xətti ilə Bakıda altı beynəlxalq forum keçirilib. ATƏT-in 23-cü sessiyasına Bakı ev sahibliyi edib”.

Spiker sessiyada müzakirə olunacaq bir sıra qanunlar haqqında da məlumat verib. Həmçinin əlavə edib ki, payız sessiyasında dövlət büdcəsinə də baxılacaq.

“Büdcə zərfi artıq hazırlanıb və yəqin ki, yaxın vaxtlarda parlamentə təqdim ediləcək, komitələrdə müzakirə olunacaq”, - spiker əlavə edib.

Sonra ilk olaraq Milli Məclisin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında məsələnin müzakirəsi başlanıb.

Qeyd edək ki, gündəliyə 37 məsələ daxil edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm