“Bu səlahiyyəti onlara kim verib" - deputatdan sərt reaksiya
Bizi izləyin

Nida.az

“Bu səlahiyyəti onlara kim verib" - deputatdan sərt reaksiya

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov beynəlxalq təşkilatları tənqid edib.

Publika.az xəbər verir ki, S. Novruzov Milli Məclisin ilk sessiyasında çıxışı zamanı “Freddom Hause” təşkilatının Azərbaycanla bağlı hesabatına kəskin reaksiya verib.

“Bu səlahiyyəti onlara kim verib?! Buradan verilən donoslara əsaslanaraq qeyri-obyektiv hesabat hazırlayır. Məncə, belə hallara qarşı sərt mövqe qoyulmalıdır. Baxın, xarici təşkilatlar deyirlər ki, filankəsləri dərhal azad edin. Məgər bunlar girov götürülüb? Hələ istintaq gedir. Bir gözləyin görün nəticə necə olacaq? ! Bundan başqa QHT-lərə gələn maliyyə bəzən siyasi partiyalara gedir. Bir də görürsünüz ki, hansısa QHT rəhbəri siyasi partiya sədrinin müavinidir. Bu harda görünüb?! Fikrimcə, gələcəkdə QHT-lər haqda qanun dəyişməlidir”, - deyə Novruzov əlavə edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm