Oqtay Əsədovdan Avroparlamentə şok sözlər: “Onun vaxtında Ermənistana təyyarələr satılıb”
Bizi izləyin

Nida.az

Oqtay Əsədovdan Avroparlamentə şok sözlər: “Onun vaxtında Ermənistana təyyarələr satılıb”

“Biz müstəqil siyasət aparırıq və təzyiqlər buna təsir edə bilməz”.

Publika.az xəbər verir ki, bu barədə spiker Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycana qarşı qeyri-obyektiv qətnamə qəbul edib: “Söhbət Avropa Parlamentinin qətnaməsindən gedir. Mən də öz fikirlərimi demək istəyirəm. Bu artıq Avropa Parlamenti tərəfindən adət halını alıb. Say baxımından bu, dördüncü qətnamədir. Qətnamələr ayın 18-də qəbul edilib, ayın 20-də TANAP imzalanıb. Ayın 22-də AŞPA prezidenti Bakıya gəlirdi. Biz onların məqsədini başa düşdük. Qətnamənin müəllifləri 46 nəfərdir və onlardan 45-i Azərbaycanda olmayıb, bir nəfər isə Slovakiyanın sabiq xarici işlər naziri olub və onun dövründə Ermənistana təyyarələr satılıb və Azərbaycan isə buna etiraz edib. Bu Azərbaycana təzyiq etmək üçün qəbul edilib. Azərbaycan bu təzyiqlərə dözəcək. Prezidentin apardığı siyasət effektivdir, Azərbaycan müstəqil siyasət aparır və bu cür addımlar siyasətə təsir edə bilməyəcək. Avropa Parlamentinin qarşısında Azərbaycan parlamentinin heç bir öhdəliyi yoxdur.

Biz iki parlamentin arasında münasibətləri inkişaf etdirmək üçün Avronest parlament komitəsi yaratdıq. Ancaq təəssüflər olsun ki, onlar bu komitə çərçivəsində əməkdaşlığı kənara qoyaraq bu cür qətnamələr qəbul edirlər. Fikrimcə, bəyanat hazırlamalı və parlamentin mövqeyini ifadə etməliyik”.

Milli Məclis Avropa Parlamentinə cavab bəyanatı hazırlayır

Sonra vitse-spiker Valeh Əsgərovun rəhbərliyi ilə redaksiya heyəti yaradılıb və deputatlar bəyanat hazırlamaq tapşırılıb.

Günün sonunda Avropa Parlamentinə cavab bəyanatı veriləcək.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm