Azay Quliyev: “Onlara olan inam zədələnib”
Bizi izləyin

Nida.az

Azay Quliyev: “Onlara olan inam zədələnib”

“Avropa Parlamenti Şərq Tərəfdaşlıq Proqramını zədələyib. Avronest parlament komitəsinə olan inam isə iflasa uğradı”.


Publika.az xəbər verir ki, bu barədə deputat Azay Quliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.


Onun fikrincə, buna səbəb Avropa Parlamentinin mövqeyi və selektr yanaşmasıdır: “Avropa Parlamentinin qətnaməsi əsassız, qərəzli bir sənəddir. Onlar Ermənistana fərqli mövqe tuturlar. Gürcüstanda siyasi məhbuslar var, sabiq prezidentə qarşı təzyiqlər var, amma bu qurum susur. Əvəzində Azərbaycanda baş verənlərə dərhal reaksiya verirlər”.


A. Quliyev qeyd edib ki, Azərbaycanda qanunlara riayət edən QHT-lərə heç bir təzyiq edilmir.


“Hazırda bəzi QHT-lərin işinə baxılır. Bu yaxınlarda Emil Məmmədovun işinə baxdı və o, şərti azadlığa buraxıldı. Azərbaycan məhkəmələri ədalətlidir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm