Əli Hüseynlidən Obamaya etiraz: “Onlar ermənilərlə əməkdaşlıq edir”
Bizi izləyin

Nida.az

Əli Hüseynlidən Obamaya etiraz: “Onlar ermənilərlə əməkdaşlıq edir”

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ prezidenti Barak Obamanın və Avropa Parlamentinin qətnaməsində qeyd edilən demokratiya haqqında iddialara münasibət bildirib.


Publika.az xəbər verir ki, Mili Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı komitə sədri bildirib ki, QHT-lərin fəaliyyəti şəffaflaşdırılmalıdır.


“Onlar elə QHT-lərə dəstək verirlər ki, bu qurumlar Qarabağ məsələsini unutdurur və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. İnanmıram ki, Azərbaycanda elə QHT olsun ki, Qarabağ probleminin məhz onların istədiyi kimi həll olunmasını istəsinlər. Məncə, QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması üçün ciddi iş görməliyik”, - deyə Ə. Hüseynli vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm