Zahid Oruc: “Merkel öz evinə gələn qazı kəssin, sonra...”
Bizi izləyin

Nida.az

Zahid Oruc: “Merkel öz evinə gələn qazı kəssin, sonra...”


“Qoy Almaniya kansleri öz evində Rusiyadan gələn qazı kəssin, ona soyuq olsun, biz də bilək ki, o, həqiqətən Ukraynaya görə özünü fəda edir”.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin bu günki iclasında çıxışı zamanı deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, Azərbaycan Rusiya ilə əlaqələrə üstünlük verməlidir: “Bunun Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin həllinə də xeyri var. Bu gün bəziləri Rusiya meydan təfəkkürü ilə yanaşaraq Rusiya ilə əlaqələrin qurulmasına qarşı çıxır. Bu düzgün deyil”.

******

“Azərbaycanın hərbi doktrinasında dəyişiklik edilməlidir”. Publika.az xəbər verir ki, Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bu təkliflə Milli Məclisin bugünkü iclasında çıxış edib.


Z. Oruc qeyd edib ki, artıq doktrinanın qəbulundan 5 il keçir: “Bu müddət ərzində beynəlxalq aləmdə hərbi siyasət dəyişib. Bu dəyişiklik tələb edir ki, Azərbaycan da hərbi doktrinasında dəyişiklik etsin. Azərbaycan prezidenti heç bir hərbi bloka qoşulmamaq təklifini verib. Bu məsələ hərbi doktrinada təsdiq edilməlidir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm