• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Azərbaycan Qərbin dostu və Aİ-nin enerji təhlükəsizliyinin gələcək təminatçısıdır”

  • Nida.az
  • 30 Sentyabr 2014 14:31
  • 398 Baxış
“Azərbaycan Qərbin dostu və Aİ-nin enerji təhlükəsizliyinin gələcək təminatçısıdır”

Böyük Britaniya Mühafizəkarlar Partiyasının Birmingemdəki konfransı çərçivəsində partiyanın “ConHome” adlı qrupu ilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə keçirdiyi qəbulda 200-dən artıq nümayəndə iştirak edib. Qurumdan Publika.az-a verilən məlumata görə, Beynəlxalq Konfrans Mərkəzinin “Castle Fine Art” qalereyasında keçirilən bu tədbir öz keyfiyyəti ilə Qərbi Avropaya səs salmış Azərbaycan şərablarını dequstasiya etmək üçün nadir imkanlardan biri sayıla bilər.

Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter Azərbaycan Qərbin dostu və Avropa İttifaqının enerji təhlükəsizliyinin gələcək təminatçısı adlandırıb: “Narahat regionda yerləşən, sabit və müasir müsəlman ölkəsi olan Azərbaycanın məhşur şərablarını içən adamları bir arada görməyimə çox şadam. Heç zaman siyasətə qarışmayan TEAS üç aparıcı siyasi partiyanın hər birinin konfransında müxtəlif tədbirlər təşkil edir. Biz, artıq bir neçə ildir ki, Mühafizəkarlar Partiyasının “ConHome” qrupu ilə əməkdaşlıq edir və gələcəkdə də belə qəbulların təşkilini planlaşdırırıq. Azərbaycan Qərbin dostu və Avropa İttifaqının enerji təhlükəsizliyinin gələcək təminatçısıdır. Azərbaycandakı daxili sərmayələrin yarısından çoxu Böyük Britaniya tərəfindən, əsasən BP neft şirkəti və onunla əlaqəli olan digər şirkətlər vasitəsilə yatırılmışdır. Mən bu əlaqələrin daha da gücləndirilməsinə səmimi qəlbdən ümid edirəm”, - deyə Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib.

Qəbulda iştirak edən qonaqlar arasında keçmiş bərabərlik, hazırda isə mədəniyyət, kütləvi informasiya və idman” naziri və parlament üzvü Səcid Cavid də olub. O, 2010-cu ildə Böyük Britaniya Parlamentinin İcmalar Palatasına üzv seçildikdən sonra öz fəaliyyətinə görə, çox yüksək qiymətləndirilib. Böyük Britaniyanın sabiq xarici işlər naziri Cek Strounun fikrincə, son 30 ilin ən yaxşı parlament üzvü olan bu nazir, “Daily Telegraph” qəzeti tərəfindən 100 ən nüfuzlu şəxs siyahısına salınıb. Bir çox şərhçilər Səcid Cavidi Mühafizəkarlar Partiyasının liderliyinə gələcək namizəd kimi baxırlar.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR