Nida.az
Elxan Süleymanov: “Ermənistanın niyyətləri puça çıxdı”
Bu gün Avropa Şurasının Sosial Komitəsində Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin ilk məlumat-memorandumu müzakirəyə çıxarılıb.
Elxan Süleymanov Publika.az-a açıqlamasında bildirib ki, məsələ müzakirəyə çıxarılan kimi Ermənistan nümayəndə heyətinin üzvləri çıxışlar edərək, məruzənin adının dəyişdirilməsini, məruzəni Avropada su problemlərinə həsr edilməsini tələb etdilər: “Sosial Komitənin üzvləri, Böyük Britaniyalı deputat Mayk Hanqkok, Belçıkalı deputat Blanşar, Moldovalı deputat Gileviç ermənilərin bu təklifinə etiraz etdi və bu kimi təxribatlara son qoymağa çağırdılar. Ermənistan və AŞPA Katibliyinin bütün səylərinə baxmayaraq, məlumat xarakterli memorandum baş tutdu, Ermənistan və AŞPA Katibliyinin niyyətləri puça çıxdı. AŞPA Katibliyinin məsləhəti ilə Ermənistan nümayəndə heyəti üzvlərinin istər Assambleyanın dünən müzakirəyə çıxarılmış “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” məruzəsinin, istərsə də Sərsəng Su Anbarı ilə bağlı bu gün Sosial və Siyasi Komitələrdə müzakirəyə çıxarılmış məruzənin adlarının dəyişdirilməsinə yönələn səyləri onu göstərir ki, Ermənistan tərəfi işğal siyasətlərinin ifşa olunmasından təşvişə düşüb və ciddi narahatlıq keçirir”.
Qeyd edək ki, Sərsəng Su Anbarı ilə bağlı AŞPA-da hazırlanacaq
məruzə işğal altında olan strateji obyektlərə həsr olunan ilk
məruzə olacaq.
Asif
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO