Seçkilərdə namizədlərin qeydiyyatının sərtləşdirilməsi təklif olunur
Bizi izləyin

Nida.az

Seçkilərdə namizədlərin qeydiyyatının sərtləşdirilməsi təklif olunur

“Əgər parlament seçkilərində 3 faizlik səddi aşan partiya yoxdursa, onlara veriləcək vəsait parlamentdə təmsil olunan partiyalar arasında bölünsün”.


Publika.az xəbər verir ki, bu təkliflə millət vəkili, YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında çıxış edib.


S. Novruzov təklif edib ki, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər olsun. Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” Qanunun mövcud variantında qeyd olunur ki, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür: “Hazırda parlament seçkilərində 3 faiz səs alan partiyalara büdcədən maliyyə ayrılması nəzərdə tutulur. Amma belə partiya yoxdur. Təklif edirəm ki, bu maliyyə parlamentdə təmsil olunan siyasi partiyalar arasında bölüşdürülsün. Həmin vəsait büdcədə qalıb və bu barədə qanun olmadığına görə, hansı formada xərclənməsinə sərəncam verilə bilmir”.

Bununla yanaşı, Seçki Məcəlləsinə də dəyişiklik edilməsini istəyən S. Novruzov bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi zamanı qeydiyyatın sadələşdirilməsinı təklif edib: “Təklif edirəm ki, bələdiyyə seçkiləri zamanı namizədliyini irəli sürən şəxslərin qeydiyyat prosedurası sadələşdirilsin. Hazırda bələdiyyəyə namizədlə prezidentliyə namizədin qeydiyyata alınması üçün eyni sənədlər tələb olunur”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm