Nida.az
Qrantların alınması çətinləşdiriləcək - Qanunvericilik
Qrant vermək istəyən xarici fondlar müvafiq icra hakimiyyətinin rəyini almalıdır.
Qeyri-hökumət təşkilatları və qrantlarla bağlı qanunlara ciddi
dəyişikliklər nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu məsələ Milli
Məclisin (MM) İqtisadi siyasət, həmçinin Hüquq siyasəti və dövlət
quruculuğu komitələrinin birgə iclasının müzakirəsinə
çıxarılıb.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsin sədri Əli
Hüseynli dəyişikliklərin onun təşəbbüsü ilə meydana gəldiyini
bildirib: “Bir çox məsələlərdə olduğu kimi, bu sahədə də şəffaflığa
ehtiyac var. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı bir
sıra ciddi təbirlər görülür və uğurlu nəticələr də əldə
edilməkdədir. Bu baxımdan QHT-lərlə bağlı məsələlərdə, xüsusilə,
xarici donorlar tərəfindən maliyyələşdirilən QHT-lərlə bağlı
məsələlərdə də şəffaflığa ehtiyac var. Müzakirəyə çıxarılan
dəyişikliklər də məhz bunları nəzərdə tutur”.
Komitə sədrinin sözlərinə görə, “QHT-lər haqqında” qanunun
24-1.5-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunur.
Yəni, bundan sonra qeyri-hökumət təşkilatı, habelə, xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və
nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş
şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti
orqanına təqdim etməlidir. Barəsində məlumat təqdim edlməmiş
ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar isə
aparıla bilməz. Həmçinin, sözügedən qanunun 24-2.2-ci maddəsinə
təklif olunan dəyişikliyə əsasən, müqavilə olmadan və ya qeydiyyata
alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən
qeyri-hökuməti təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən,
məsuliyyət daşımalı olacaqlar.
“Qrantlar haqqında” qanuna gəlincə, həmin sənədə 5-1-ci hissənin əlavə olunması təklif edilir ki, burada da donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydasının müvafiq icra hakimiyyəıti orqanı tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Asif
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək