Rəsul Quliyev Arif Hacılıya "savadsız" dedi
Bizi izləyin

Nida.az

Rəsul Quliyev Arif Hacılıya "savadsız" dedi

“Müsavatın qurultayı “prezident seçkisindən sonra partiyaların liderləri bütövlüklə istefa verib getməlidirlər və onların yerinə beyinləri korlanmamış gənclərin gəlməsinə imkan yaratmalıdırlar” tezisimin düzgün olduğunu bütün çılpaqlığı ilə göstərdi”.


Publika.az xəbər verir ki, bu barədə eks-spiker Rəsul Quliyev Müsavat Partiyasının qurultayı haqda fikir bildirərkən deyib.

Müsavatı tənqid edən eks-spiker qurultay üzvlərinin arasında gənclərin olmamasına təəssüf edib: “Təəssüflə qeyd etmək lazımdır ki, özünü aparıcı hesab edən Müsavat Partiyasının başqanlığına hökumətin istənilən nazirinin müavinindən intellektual, dünya görüşü, peşəkarlığına görə qat-qat aşağıda duran, az savadlı, talantsız bir adam gətirilib.

90 yaşlı, həyatda heç vaxt heç bir uğuru olmamış ağsaqqal Cəmil Ünalı özlərinə idol seçmiş partiya öz gücü ilə hansı mübarizəni uda bilər, heç bir Cəmil müəllim ağsaqqal bir insandır, onu yuxarı başda oturtmaq normaldır və belə də olmalıdır. Ancaq onu idol kimi təqdim edən insanların həyatda öz plan və proqramları ola bilməz.


Əgər Müsavat partiyası sözün əsl mənasında ölkədə demokratiya uğrunda mübarizə aparmaq istəyirsə, qurultayının qərarlarını ləğv etməlidir, gənclərin , yəni 40 yaşa qədər, sayının ən azı 50 faiz təşkil etdiyi qurultay nümayəndələri seçməlidir. Qurultay nümayəndələrinin sayı 100 adamdan artıq olmamalıdır və bu qurum özünə yüksək intellektual, xarizmatik və talantlılardan idarə heyəti yaratmalıdır.
Ancaq belə olsa, bu partiyanın gələcəyi ola bilər. Əks halda, daha bir 10 ildən sonra partiya bütövlüklə Ünal müəllim kimi ağsaqqallardan ibarət olacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm