Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin V konfransında iştirak edib
Bizi izləyin

Nida.az

Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin V konfransında iştirak edib

Moskvada "Swissotel" hotelinin konfrans zalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin "RAGB: dialoq və fəaliyyət" mövzusunda V konfransın açılışı olub.

Publika.az AzərTAc-a istinadən verdiyi məlumata görə, forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti Məmməd Əliyev, Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və digər şəxslər iştirak edirlər.

Zalın foyesində RAGB-nin fəaliyyətinə, ətraf mühitin qorunması üzrə IDEA kampaniyasına, “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilmiş fotosərgi təşkil olunub, Heydər Əliyev Fondunun nəşrləri sərgilənib.

Konfransın rəsmi hissəsindən sonra forum "Qafqazda biomüxtəlifliyin bərpası üzrə beynəlxalq əməkdaşlıq: nailiyyətlər və imkanlar", "Azərbaycan bu gün", "Azərbaycan səhiyyəsi islahatlar yolunda" və "Bakı-2015" seksiyalarında öz işini davam etdirəcək.

Forum Azərbaycanın və Rusiyanın estrada ulduzlarının iştirakı ilə qala-konsertlə başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm