"Xəzər dənizi sülh məqsədilə istifadə olunmalıdır" - Xələf Xələfov
Bizi izləyin

Nida.az

"Xəzər dənizi sülh məqsədilə istifadə olunmalıdır" - Xələf Xələfov

"Xəzərin hüquqi statusu ilə bağlı Həştərxanda keçirilən Xəzəryanı dövlət başçılarının dördüncü sammitində çox mühüm qərar qəbul olunub".

Publika.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, bu sammitdə yüksək nailiyyətlər əldə olunub və Xəzər dənizinin hüquqi statusunun həlli istiqamətində yeni müsbət mərhələnin əsası qoyulub: "Sammitdə 5 vacib qərar qəbul olunub. Biz bu sammitə 1 il idi ki, hazırlaşırdıq. İşçi qrupu olaraq bu istiqamətdə il ərzində müzakirələr aparılıb və Həştərxan sammitinə hazırlıq işləri görülüb. Bir neçə gün öncə Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan nümayədə heyəti Həştərxanda keçirilən Xəzər dənizi ölkə başçılarının sammitində iştirak etdik. 1996-cı ildən bəri Xəzərin hüququ statusu ilə bağlı danışıqlar aparılır. Həmin il xarici işlər nazirləri müavinlərinin iştirakı ilə işçi qrupu yaradılıb. Bu prosesi sürətləndirmək üçün mütəmadi olaraq görüşlər və danışıqlar aparılır. Hüquqi statusu ilə bağlı məsələ Xəzəryanı dövlətlərinin daim gündəmində olub. Bu istiqamətdə danışıqlar prosesinin daha da sürətləndirilməsi üçün Türkmənistanda keçirilən birinci sammit böyük önəm kəsb edib. İkinci Sammit İranda, üçüncü sammit isə Azərbaycanda baş tutub. Bakı sammitində bir çox məsələlər üzrə protokol qaydalarının qəbuluna nail olunub. Həmin protokol qaydaları əsasında da bir çox məsələlər həll olunub".

X.Xələfov imzalanan sazişlərin adını və mahiyyətini də açıqlayıb: "İmzalanan sazişlər bioresursların mühafizəsi və istifadəsi, fövqəladə halların aradan qaldırılması və bu sahədə əməkdaşlıq, hidrometeorologiya, Xəzər dənizin yalnız sülh məqsədləri üçün istifadə edilməsi ilə bağlıdır. Növbəti sammitin Qazaxıstanda keçirilməsi nəzərdə tutulub. Həmin sammitdə isə Xəzərin hüququ statusu ilə bağlı əssas müddəaların razılaşdırılması gözlənilir".

X.Xələfov həmçinin qeyd edib ki, Xəzər dənizində sabit silah balansının təmin olunması məsələsi də müzakirə predimenti olub: "Xəzər dənizində hərbi fəaliyyət həyata keçirilən zaman tərəflərin təhlükəsizlik maraqları təmin olunmalıdır. Xəzər dənizi sülh məqsədilə istifadə olunmalıdır. Xəzər dənizində tərəflərin təhlüksizliyi tam təmin olunmalıdır. Bu prinsiplərə gələcəkdə bərabər təhlükısizlik və qarşılıqlı etimad məsələləri kimi baxılmalıdır. Bütün bunlar isə bizim gələcəkdə qarşılıqlı əməkdaşlığımızın təmin olunmasında mühüm rol oynayacaq. Bundan əlavə, Xəzər dənizində gəmiçiliyin təhlükəsizliyi, Xəzər dənizinin ekeloji təmizliyinin qorunması və digər prinsiplərlə bağlı da ümumi razılıq əldə olunub. Bütün bunlar isə qarşılıqlı və birgə əməkdaşlıq etimadını daha da artırır".

Nazir müavini bildirib ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı İşçi Qrupunun növbəti görüşü noyabrda Bakıda keçiriləcək: "Bu danışıqları aparılmasında Azərbaycan tərəfi də mühüm rol oynayıb. Xüsusilə də Bakı sammiti əldə olunmuş nailiyyətlər üçün yaxşı zəmin yaradıb".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm