Milli Məclisdə mübahisə: “Tikanlı sözlərdən əl çəkin”
Bizi izləyin

Nida.az

Milli Məclisdə mübahisə: “Tikanlı sözlərdən əl çəkin”

Milli Məclisin bu gün keçirilən iclasında mübahisə yaranıb.


Publika.az xəbər verir ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna nəzərdə tutulan dəyişiklik barəsində danışarkən deputat Zahid Oruc bildirib ki, bir neçə saat ərzində 36 məsələnin parlamentdə müzakirə olunub qəbul edilməsi ilə dünyada rekord vuracağıq.


Onun bu çıxışına vitse-spiker reaksiya verərək tövsiyə edib ki, tikanlı sözlərdən əl çəkin: “Heç olmasa, parlamentə gəlməzdən öncə evdə müzakirə olunacaq məsələlərə baxın və hansı məsələ haqqında nə deyəcəyinizi düşünün. Yoxsa burada gəlib müzakirə zamanı fikir bildirirsiniz. Axı belə olmaz. Hələ cənab spiker bildirdi ki, müzakirəyə çıxarılan məsələlərin əksəriyyəti redaktə və digər qanunlara uyğunlaşdırma xarakteri daşıyır. Burada ciddi elə bir məsələ müzakirə olunmur ki, fikir bildirəsiniz”.

Fikrini davam etdirən Z. Oruc isə bildirib ki, məni digərləri ilə səhv salmayın.

“Mən o az şəxslərdən biriyəm ki, qanunlarla tanış oluram. Özü də ki, adıçəkilən qanunla əvvəlcədən məlumatlıyam, bu haqda fikrim olduğu üçün danışmaq istəyirəm”, - deyə deputat qeyd edib.

Z. Əsgərov növbəti dəfə təkidlə tələb edib ki, deputat mahiyyəti üzrə danışsın, əks təqdirdə, ona söz verməyəcək.
Sözünü davam etdirən Z. Oruc əlavə edib ki, kiminsə burada öz elmi və hüquqi biliklərini nümayiş etdirməyə ehtiyac yoxdur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm