Hafiz Hacıyev Əhməd Orucu hədələdi
Bizi izləyin

Nida.az

Hafiz Hacıyev Əhməd Orucu hədələdi

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Azadlıq partiyasının sədri Əhməd Orucun onun haqqında söylədiyi fikirlərə cavab verib.

H.Hacıyev Publika.az-a açıqlamasında deyib ki, Ə.Oruc siyasi səhnədən silinmiş adamdır:

"Əhməd Oruc elə bir əhəmiyyətli adam deyil ki, mən ona cavab verim. O, keyfiyyətsiz adamdır. Əhməd Orucu siyasətçi kimi tanımıram. Onu 15-20 baş mal-qarası olan bir adam kimi tanıyıram. Əgər Əhməd Oruc heyvandarlıq sahəsində yaxşı mütəxəssisdirsə, getsin o işi gücləndirsin. Çünki bazarda ətin qiyməti qalxır. Yaxşı olar ki, Əhməd Oruc da gedib pendir, süd və ət işilə məşğul olsun. Bu adam nala-muxa vura-vura gah Əli Kərimlini söyür, gah da İsa Qəmbəri. İndi də bu adam İsa Qəmbərin yanında yer alıb. Hafiz Hacıyev bu cür insanları siyasi səhnədən silib. Görünür ki, Əhməd Oruc Azərbaycanda heyvandarlığı inkişaf etdirmək istəyir. Mən onun bu addımını dəstəkləyirəm. Çünki bazarda ətin qiyməti də qalxır. Yaxşı olar ki, Əhməd Oruc gedib bu işlıərlə məşğul olsun. Bilirsiniz, siyasət bir dənizdir. Burada üzə bilməyən adamlar sıradan çıxır. Belə adamları təbiətin öhdəsinə buraxmaq lazımdır. Çünki təbiət öz axarı ilə bu adamları silib aparacaq. Biz bu cür alaq otlarını demək olar ki, təmizləmişik. Çox az qalıb. Onların da kökünü təmizləyəcəyik. Mən Əhməd Oruca da məsləhət görürəm ki, gedib Azərbaycana cins mal-qara gətirib, onları bəsləsin. Bu, ona daha çox fayda gətircək".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm