• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Müsavatda “ailə klanı”, yaxud qaranlıq işləri görən kimdir?- Şok ittihamlar

  • Nida.az
  • 1 Oktyabr 2014 11:17
  • 452 Baxış
Müsavatda “ailə klanı”, yaxud qaranlıq işləri görən kimdir?- Şok ittihamlar

“Müsavatda son dövrlərdəki bütün xoşagəlməz proseslərin arxasında dayanan iki əsas fiqur var: biri cəmiyyətdə bir dostumuzun qeyd etdiyi kimi müsbət imicə malik olan Vurğun Əyyub, digəri İsa Qəmbərin qohumu olduğu üçün müəyyən immuniteti olan Fəxrəddin Bağırov”.


Publika.az xəbər verir ki, bu barədə Müsavatın yeni başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli deyib.

Onun sözlərinə görə, Müsavatda da, kənarda da bu adamların proseslərdə hansı rol oynadıqları barəsində çoxları bilir ,amma susurlar.


Yeni başqanın qardaşı müsavatçı yazar Elbəyi Həsənlinin ona susmağı tövsiyə etməsinə qarşı çıxaraq deyib ki, hörmət etdiyi bir çox digər insanlar da ona bu mövzunu qapatmağı xahış edirlər.

“Mən daha bu mövzuya qayıtmayacağam. Razıyam ki, lazım gələndə susmağı da bacarmaq lazımdır, amma susmaq heç də həmişə qızıl deyil. Elbəyi dostumuz Qubad İbadoğlunun cığallığını da pis təhlil etməyib. Amma o niyə belə etdi, niyə bu gün bir söz, sabah başqa söz danışdı, bu məsələlərin mahiyyətini tam aça bilməyib”, -deyə o qeyd edib.


Qeyd edək ki, Vurğun Əyyub Müsavatda aparıcı şəxslərdən hesab olunur. O, başqanlıq seçkilərində Qubad İbadoğlunu dəstəkləyirdi. Arif Hacılının qazanmasına qarşı çıxaraq seçkinin legitimliyinə şübhə etdiyini açıqladı.

Fəxrəddin Bağırov isə partiyanın aparıcı simalarından hesab olunsa da, ictimaiyyət arasında daha az tanınıb. Onun haqqında iddia edilir ki, İsa Qəmbərin qohumu olaraq partiyada qaranlıq işləri həll edir.


F. Bağırov Hacıbəyliyə “o kimdir ki, mən onun dediklərinə münasibət bildirim” formasında reaksiya verib.

Seçkidə məğlub olan Qubad İbadoğlu isə Vaqif Hacıbəylinin ittihamlarına cavab olaraq bildirib ki, Müsavatı gələcəkdə bir “ailə partiyası”na çevirmək istəyənlər var.

“Bu məsələdə hesab edirəm ki, mövqe qoymağa Vaqif Hacıbəylinin nə mənəvi, nə də siyasi haqqı çatır. Mən ona özündən ibarət olan partiyası ilə məşğul olmağı məsləhət görürəm. O, müsavatçı olmasa belə mən onun ittihamlarını cavablandırardım. Ancaq o, Arif Hacılının qardaşı olduğuna görə hesab edirəm ki, çox qərəzli və ailə marağından çıxış edərək belə bir status yazıb. Arif Hacılıya da təklif edirəm ki, Müsavatda olmayan ailə üzvlərinin partiyanın işinə qarışmasının qarşısını alsın”, -deyə o qeyd edib.


Qeyd edək ki, Q. İbadoğlu “ailə partiyası” deyəndə A. Hacılının qardaşı Mustafa Hacıbəylinin də Müsavatda mühüm postlardan birində olmasını nəzərdə tutur.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR