Rusiyalı ekspert: “Vaşinqton Azərbaycan ərazisində yeni dövlət yaradacaq”
Bizi izləyin

Nida.az

Rusiyalı ekspert: “Vaşinqton Azərbaycan ərazisində yeni dövlət yaradacaq”

“Vaşinqton Cənubi Qafqazda yeni kiçik dövlətin yaranması üçün Dağlıq Qarabağın müstəqilliyini tanımaq kursunu dəstəkləyəcək”.


Publika.az xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq Qriqori Trofimçuk çıxış edib.

Onun sözlərinə görə, ABŞ Qarabağda güclənmək üçün Ermənistanla münasibətləri yaxşı səviyyədə saxlamağa çalışır.


“Azərbaycanda Rusiyanın təsir dairəsi güclənəcəksə, Vaşinqton buna gedəcək. Beləliklə, Bakı ABŞ-ın təsirinə düşəcək və bu, yüz illərlə davam edəcək. Azərbaycanın Qarabağa qayıdışla bağlı bütün ümidləri itəcək, eyni zamanda, Ermənistan-ABŞ adlı yeni dost cütlüyü yaranacaq”, - deyə o bildirib.

Rusiyalı politoloq əlavə edib ki, Qərb post-sovet məkanında xırda dövlətlərin yaranmasında maraqlıdır: “Bu gün nə Gürcüstan, nə Moldova, nə də Ukraynanın bütövlüyünə Qərb çalışmır. Lakin yeni oyun qaydaları müəyyənləşir. Qərb Cənubi Qafqazda “Böyük Azərbaycan”, “Böyük Gürcüstan”nın olmasına çalışacaq, Krımdan sonra hər kəs buna inanacaq. Məqsəd Rusiyanı çökdürməkdir. Lakin sonrakı proseslər bu ölkələr üçün yaxşı heç nə vəd etmir”.

Onun sözlərinə görə, Qərbin strateji planlarında Cənubi Qafqaz əsas yerlərdən biridir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm