Rasim Musabəyov: “İranın Xəzərdəki iddiaları həddindən artıq böyükdür”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “İranın Xəzərdəki iddiaları həddindən artıq böyükdür”

“Xəzərin statusu probleminin həll olunmamasında əsas səbəbkarlardan biri İrandır. İranın iddiaları həddindən artıqdır, sovetlərin vaxtında Tehran dənizin 9-10 faiz hissəsinə nəzarət edirdisə, hazırda onun nəzarət etdiyi ərazilər 20 faizdir”.


Publika.az xəbər verir ki, bu barədə millət vəkili, politoloq Rasim Musabəyov politrus.com saytına açıqlamasında deyib.


Onun sözlərinə görə, maraqlısı odur ki, İranın Xəzərdəki iddiaları Rusiya və Qazaxıstan sektoruna yox, Azərbaycan və Türkmənistan sektorunda yönəlib: “Buna görə yekun razılıq əldə olunmur. Həmçinin, indiyə qədər bir sıra səbəblərdən Azərbaycanla Türkmənistan öz maraqlarını ayıra bilmir. Yəni Xəzərin cənubunda maraqların bölünməsindəki problem qalır ki, bu da Azərbaycan üçün sözsüz ki, aktualdır. Hesab edirəm ki, bu məsələ Türkmənistan üçün də aktual olaraq qalır”.


R. Musabəyov qeyd edib ki, bununla belə problemin sülh yolu ilə həll edilməsi prioritetdir. Onun fikrincə, Azərbaycan və digər sahil ölkələr üçün Xəzərə azad çıxış əhəmiyyətlidir: “Rusiya kifayət qədər sərbəst şəkildə bu məsələni həll edirdi, hansı ki, kimi buraxmaq lazımdır, kimi yox. Mən Volqa-Don kanalı və Volqa ilə Don çaylarını nəzərdə tuturam. Əgər bu bu məsələdə müəyyən qaydalara əməl ediləcəksə, o zaman müvəffəqiyyət əldə olunacaq”.


Qeyd edək ki, Xəzərin bölünməsində problem qalır. Sentyabrın 29-u Həştərxanda Azərbaycan Prezidenti İlham Əliyevin və digər sahil ölkələrin liderlərinin iştirak etdiyi Xəzər sammitində bu məsələ yenidən qaldırıldı və problemin həlli üçün gələcəkdə əməkdaşlıq vurğulandı.


Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm