Nida.az
AŞPA-da Dağlıq Qarabağla bağlı məruzəçi təyin edildi
Siyasi Məsələlər Komitəsinin 1 oktyabr 2014-cü il tarixli iclasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üzrə məruzəçi təyin edildi
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdan
aldığımız məlumata görə,
bu gün AŞPA Siyasi Məsələlər Komitəsinin iclası keçirilib. İclasda
mənim təqdim etdiyim qətnamə layihəsi ilə bağlı büronun 2
sentyabrda qəbul edilmiş və 29 sentyabrda plenar sessiyada təsdiq
edilmiş qərarı əsasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal
edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin
hazırlanması üçün məruzəçi təyin edilib. Yeni təyin edilmiş
məruzəçi britaniyalı deputat Robert Volterdir.
Elxan Süleymanov bildirib ki, Ermənistan hakimiyyəti, AŞPA-dakı ermənipərəst qruplaşmalar, dünyanın aparıcı güc mərkəzlərindəki ermənipərəst qüvvələr Ermənistanın işğalçılıq siyasətini ifşa edən, bu işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsini tələb edən hər hansı bir sənədin nəinki qəbul edilməsinin, hətta hazırlanmasının qarşısını almaq üçün bütün imkanlarını səfərbər ediblər:
“Lakin biz ümid edirik ki, məruzəçi “Azərbaycanın Dağlıq Qarabağ və
digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı sənədi
hazırlayarkən Ermənistan hakimiyyətinin, AŞPA-dakı ermənipərəst
qüvvələrin, ermənipərəst aparıcı güc mərkəzlərinin təzyiqlərinə
baxmayaraq obyektiv məruzə hazırlayacaq, Ermənistanın işğalçı
dövlət olduğunu və işğal etdiyi ərazilərdə mülki əhaliyə qarşı
kütləvi şəkildə cinayətlər törətdiyini bir daha dünya
ictimaiyyətinə çatdıracaq, məruzənin qətnamə hissəsində ilk dəfə
olaraq işğalçı Ermənistana qarşı konkret sanksiyaların tətbiq
edilməsini tələb edəcək”.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL