Nida.az
Prezidentdən mesaj: “Son seçkilər də bunu göstərdi”
“Biz güclü iqtisadiyyat qurmuşuq. Qısa müddət ərzində
rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə qalxmışıq. Son 10 il
ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə
olmamışdır və bu, rekord göstəricidir, analoqu olmayan
inkişafdır”.
Publika.Az xəbər verir ki, bu barədə Prezident
İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda
çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, ölkədə daxili
vəziyyət sabitdir: “Bizim daxili vəziyyətimiz çox sabitdir.
Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar
arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir,
inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət
sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir
səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç
bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də
rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın
böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq
reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan,
vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer
yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin
sonu idi. Bu, onların rəzalət zirvəsi idi”.
Asif
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb