Putin IV Bakı Beynəlxalq Humanitar Forumuna məktub göndərdi
Bizi izləyin

Nida.az

Putin IV Bakı Beynəlxalq Humanitar Forumuna məktub göndərdi

IV Bakı Beynəlxalq Humanitar Forumu xalqlar arasında etimadın, qarşılıqlı anlaşmanın möhkəmlənməsi, bu qədər əhəmiyyətli humanitar sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş yeni ideya və təkliflər yaradır. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciətində deyilir. Müraciəti Forumun açılışında RF Federasiya Şurasının sədri Valentina Matviyenko oxuyub.

Müraciətdə deyilir: "IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını ürəkdən təbrik edirəm. Bu, dünyanın 70-dən çox ölkəsindən və aparıcı beynəlxalq təşkilatlardan nümayəndələri birləşdirən son dərəcə nüfuzlu tədbirdir. Onun iştirakçıları arasında görkəmli siyasi, mədəniyyət və incəsənət xadimləri, eləcə də böyük alimlər var.

Bugünkü görüşün gündəliyində bizim ümumi mənəvi və intellektual irsimizin saxlanması və artırılması, elm, təhsil və maarifin inkişafı ilə bağlı aktual məsələlər var.

Əminəm ki, maraqlı və məzmunlu fikir mübadiləsi baş tutacaq.

Forumun iştirakçılarına və qonaqlara məhsuldar ünsiyyət və uğurlar arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm