IV Bakı Beynəlxalq Humanitar Forumu davam edir – FOTOLAR/YENİLƏNİR
Bizi izləyin

Nida.az

IV Bakı Beynəlxalq Humanitar Forumu davam edir – FOTOLAR/YENİLƏNİR

Misirin sabiq naziri: “İlham Əliyev Qarabağ problemini həll edəcək”

IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Misirin sabiq sənaye naziri, Qahirə Universitetinin professoru Fevzi İbrahim Azərbaycanın iqtisadi inkişafından danışıb.

Publika.az xəbər verir ki, F. İbrahim Bakıda olmağından məmnun olduğunu deyib: “Dünyanın müxtəlif ölkələrindən tanınmış elm adamları buraya toplaşıb. Şadam ki, belə bir forumda iştirak edirəm. Mən bundan əvvəlki forumda da iştirak etmişəm.

O, Azərbaycanın sürətlə dəyişdiyini dedi. "Azərbaycan getdikcə daha çox inkişaf edir. Azərbaycanın insanlarında böyük inam və ümid, yardımlaşma hissi və təşəbbüskarlıq hiss edirəm. Bu ölkənin uğurları olduğu kimi, müəyyən geosiyasi səbəblərə malik problemləri də var. Ən başlıca problem Qarabağın işğalıdır. Düşünürəm ki, sizin prezident düzgün yoldadır və problemin tezliklə həll edilməsi üçün öz mövqeyini aydın ifadə edib. Beynəlxalq ictimaiyyətin bu problemə yanaşmasında da ciddi dəyişiklik olmalıdır. Hesab edirəm ki, dünyanın elm xadimləri və ziyalıları da Qarabağ probleminin ədalətli həlli üçün öz səylərini əsirgəməməlidir”.

****

IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Amerikanın Hartford Universitetinin rəhbəri Hamfrey Tonkin Azərbayanda olmağından məmnunluğunu bildirib.

Publika.az xəbər verir ki, H. Tonkin bildirib ki, Bakı daima yenilənir: “Lakin burada elə bir qədim yer var ki, ora çox gözəl qorunur. Mən ümid edirəm ki, o yer qorunmaqda davam edəcək. Çünki bu yer şəhərin çox gözəl bir hissəsidir. Mən dünyanın 60-dan çox ölkəsindən dövlət xadimlərinin toplaşdığı bu tədbirdə iştirakdan məmnunam. Bu tədbir fundamental məsələlərin müzakirəsi üçün çox böyük imkandır”.

Yaponiya-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Ken Matsuzava isə azərbaycanlıları intellektual xalq adlandırıb: “Mən Yaponiyaya qayıdanda nələrdən danışdığımızı və nə qərara gəldiyimizi danışacağam. Bu qərarları necə yerinə yetirə bilərik, artıq bu barədə müzakirələr aparacağıq”.

***

“Multikulturalizm Azərbaycan üçün vacib mövzudur. Burada müxtəlif millətlərin nümayəndələri yaşayırlar və Azərbaycanda məskunlaşan müxtəlif xalqlara, ayrı-ayrı konfensiyaların nümayəndələrinə qarşı bərabər hörmətin göstərilməsi siyasəti dövlətin təbii ehtiyacıdır. Nəzərə almaq lazımdır ki, əhalinin böyük əksəriyyəti azərbaycanlılardır”.

Publika.az xəbər verir ki, bu bədə IV Beynəlxalq Humanitar Forumunda Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də multikulturalizmə xüsusi diqqət ayırır.

“İkinci vacib mövzu Azərbaycanın coğrafi vəziyyəti səbəbindən böyük rol oynadığı mədəniyyətlərarası proseslə bağlıdır. Bu, Şərqlə Qərb arasında, müsəlman və slavyan, Avropa dünyası arasındakı vacib mədəni, siyasi, iqtisadi mərkəzlərdən biridir. Bu vəziyyət Azərbaycana bir sıra məsələlərin müzakirəsində, sivilizasiyalar alyansının müzakirəsi üçün müxtəlif mədəniyyətlərin cəlb edilməsində böyük üstünlüklər verir”, - Şvıdkoy bildirib.

*****

"Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənəyə çevrilib”.

Publika.az xəbər verir ki, bu barədə IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Latviyanın sabiq prezidenti Valdis Vatlers jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, forum iştirakçıları bir-birini artıq tanıyır, çünki bundan əvvəlki forumları xatırlayırıq: “Həmçinin Forumun işinə ilk dəfə qatılanlar da ilk andan onun tədbirlərində iştirak edirlər. Bakı Beynəlxalq Humanitar Forumu uzunömürlü olacaq. Çünki bizim mədəniyyətlərimiz, dinimiz müxtəlifdir. İnsanların isə bir-birlərinə inanmaları üçün üsullar lazımdır. İlk baxışda bu, sanki asandır. Lakin bunu reallaşdırmaq üçün məhz Bakıda keçirilən belə forumlar vacib amildir. Mən həm yeni, həm də köhnə Bakıda olmağıma həmişə şadam. Bu məkan planetimizdə çox azsaylı yerlərdəndir ki, hər kəs hər ay dəyişiklik hiss edir. Siz xoşbəxt insanlarsız və xoşbəxt dövlətdə yaşayırsınız”.

***

Qusman: “Dünyada giriş trafikinin 33 faizi porno saytlara aiddir”

“Mən burada çox həyəcanlıyam, çünki bura mənim doğma vətənimdir. Mən birinci forumda da iştirak etmişəm, bizim forum çox zənginləşib. Buna çox şadam. Hər dəfə belə dəvət alıram və buna görə minnətdaram”.

Publika.az xəbər verir ki, bu barədə İTAR-TASS agentliyinin baş redaktoru, əslən Bakıdan olan Mixail Qusman IV Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib.

Dünyadakı medianın durumundan danışan Qusman deyib ki, bəzən mətbuatı çox şeyə görə ittiham edirlər: “Hətta bəzən daşqınlara, zəlzələlərə görə də jurnalistlər hədəfə çevrilir. Təbii ki, jurnalistlərin də məsuliyyəti var və bu, bizə məlumdur. Bu gün medianın durumu o qədər də yaxşı deyil. Bu, xüsusilə də sosial şəbəkələrin meydana gəlməsindən sonra baş verdi. Hansı ki, bu informasiya daşıyıcısı ola bilməz”.

İnformasiya müharibəsindən danışan Qusman bunun yaxşı hal olmadığını deyib. Bildirib ki, bu, üçüncü dünya müharibəsi kimi bir şeydir: “Vaxtilə silahlar işə düşürdürsə, indi informasiya işə salınıb”.

M. Qusman maraqlı açıqlama ilə də çıxış edib. Onun sözlərinə görə, hazırda dünya üzrə giriş trafikinin 33 faizi porno saytlara aiddir: “Bu, gülməli görünə bilər, amma bunun təhlükəli olduğunu da unutmamalıyıq”.

******

“Dünyada tolerantlıq, multikulturalizm ən önəmli məsələlərdəndir. Yəni millətinə, dərisinin rənginə görə heç kimi mühakimə etmək olmaz. Lakin onu da yaxşı bilirsiniz ki, dünyanın bu hissəsində, Azərbaycanda nələr baş verib”.

Publika.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib.

Təhsil naziri ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinə toxunub. Bildirib ki, Azərbaycanda, dünyanın bu hissəsində bu baş verib.

“Biz həmişə ksenofobiyaya, ədavətə qarşı mübarizə aparırıq. Azərbaycan həmişə tolerant ölkə olub, bunu tək biz yox, dünya deyir. Bu ölkədə heç kimə millətinə, dininə, rənginə görə təzyiq olmayıb, bu gün də belədir. Lakin biz nə qədər tolerant olsaq da, qonşularımız ermənilər bunun tam əksinədir. Onlar etnik təmizləmə aparmaqla yanaşı, Azərbaycan torpaqlarını işğal ediblər və bu gün həmin işğal davam edir”, - deyə M. Cabbarov bildirib.

Mikayıl Cabbarovun moderatorluq etdiyi paneldə çıxış edən Los-Anceles şəhərinin keçmiş meri Antoni Villeri Qosa da Azərbaycanı multikulturalizm nümunəsi olduğunu deyib.

“Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə ola bilər. Bu gün dünyada ekstremizm, xüsusilə də dini ekstremizm baş verir. Biz buna qarşı çıxmalıyıq və Azərbayan kimi nümunələrdə istifadə olunmalıdır”, - deyə amerikalı qonaq qeyd edib.

****

“Görürəm ki, dəyərlərə nə dərəcədə əhəmiyyət verirsiniz. İnsanları maraqlandıran məqamlara bu qədər vaxt ayrılması çox gözəl bir şeydir”.

Publika.az xəbər verir ki, bunu fizika üzrə Nobel mükafatı laureatı Teodor Xenis bildirib.

Onun sözlərinə görə, Azərbaycan “qara qızıl”ın insan kapitalına çevrilməsi üçün mühüm istiqamətlər götürülüb: “İnternet traffinqinə gəldikdə görürük ki, araşdırmalar daha sürətlə gedir. Mən hesab edirəm ki, bu sürət, bu addım bizi daha irəliyə aparacaq. Texnologiyalar sayəsində yeni ixtiralar, yeni ideyalar mövcuddur. Hesab edirəm ki, mən və həmkarlarım yorulmadan mübarizə aparmalı, fəaliyyət göstərməliyik. İdman, musiqi sahəsində böyük istedadlar görürük. Hətta uşaq bağçalarındakı uşaqların da dünyagörüşü daha başqa cür olur”.

Kimya üzrə Nobel mükafatı laureatı Kurt Vütrix bildirib ki, araşdırmalar daim davam edəcək: “Bu gün dünyada proses adi araşdırmadan çoxtərəfli araşdırmalara doğru gedir. Proqnozlar söyləmək çətindir. Hələ də 1946-cı ildə kəşf edilən maqnit rezonansının effekti biznes fəaliyyətinə çevrilib. Bu gün hər bir xəstəxana xəstəliklərin diaqnozunun qoyulmasında maqnit rezonansından istifadə etməyə çalışır. Bəs necə oldu ki, maqnit rezonansı indi tibb sahəsində geniş istifadə edilməyə başlandı? Çünki bu üsulun əvvəllər hansı imkanları yaradacağını bilmirdik”.

Kimya üzrə Nobel mükafatı laureatı xanım Ada Yohat bildirib ki, insanlar qan xərçəngi, QİÇS-dən əziyyət çəkənlərə yardım göstərməyə çalışmalıdır: “Hansısa bakteriyalar ağır xəstəliklərə səbəb olur, artıq həkimlər antibiotiklər hazırlayır. Artıq elə antibiotiklər var ki, insanlara təsir etmir. Buna görə də şirkətlər çalışır ki, elə bir həb hazırlasın ki, insanlar xəstəlik tapdıqda ona kömək olsun. Avropada vəsait ayrılmışdı ki, yeni nəsil antibiotiklər istehsal olunsun. Mən şadam ki, Amerika şirkətləri bir araya gəlib qərar verdilər ki, 2020-ci ilə kimi hər bir xəstəlik üçün antibiotiklər hazırlasınlar. Biz təbiətimizdən çəkinməli deyilik”.


Fizika üzrə Nobel mükafatı laureatı Deyvid Conatan Qross problemlərin cəmiyyətin təbiətdən qaynaqlandığını diqqətə çatdırıb: “Düzgün, sağlam rəqabət olmalı, bir cəmiyyət digərindən yaxşı nümunələr götürməlidir. Eynşteyn nüvə silahının təhlükəsi barədə danışanda deyirdi ki, bəşəriyyət bu təhlükədən qorxmalıdır. Son nəticədə daha qorxulu problemlərin olduğu üzə çıxdı. Məsələn, bu gün bəşəriyyətə təhlükə yaradan iqlim dəyişikliyi davam edir. Ona görə də xalqlar öz səylərini birləşdirməlidir, dünya hökuməti qaçılmazdır, münaqişələri bomba ilə həll etməməliyik. Min il sonra bizi nə gözlədiyini bilməliyik. Biz son illər millətçiliyin, dini fanatikliyin, zorakılığın baş qaldırılmasının şahidi olduq. Biz elmdə çətin və mümkün olmayan xəyalı, arzunu reallığa çevirmək üçün gücümüzə inanmalı, birgə çıxış etməliyik”.

****

“Bakı Humanitar Forumu Azərbaycanın dünyadakı imicinin formalaşması baxımından mühüm müstəvidir və bu müstəvidən sərfəli istifadə etməliyik”.

Bu barədə Publika.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, bu müstəvidə Qarabağ problemini qaldırmaq ən mühüm məsələdir: “Hazırda dünyada Ukrayna, Yaxın Şərq konfliktləri yaşanır. Yəni dünya bu gün münaqişələrə daha həssasdır. Bu baxımdan, Qarabağ münaqişəsinin bu müstəvidə qaldırılması bizim xeyrimizə ola bilər. Qonaqların diqqətinə beynəlxalq hüququn pozulmasını və bunun yaratdığı fəsadlar çatdırılmalıdır. Çünki Qarabağ uzun müddətdir davam edən münaqişədir, buna səbəb də hələ də beynəlxalq hüququn təmin edilməməsidir. Məhz zamanında Qarabağ kimi münaqişələrə diqqətsizlik, bu gün Ukrayna və digər münaqişələrin yaranmasına səbəb olur”.

****

“Bakı Beynəlxalq Humanitar Forumuna dünyanın görkəmli alimlərinin gəlməsi böyük hadisədir”.

Publika.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Humanitar Forumunda AMEA-nın prezidenti Akif Əlizadə deyib.

AMEA sədri qeyd edib ki, gələn qonaqların Azərbaycan elmi ilə tanış olmaları, Azərbaycan alimləri ilə görüşməsi vacib məsələdir: “Bu, 4-cü ənənəvi forumdur. Forum ildən-ilə sərhədlərini genişləndirir. Forumda 8 Dəyirmi masa üzrə müzakirələr aparılacaq. Bunlar “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” istiqamətləridir”. Forum öz işində ziyalıları, Nobel mükafatı laureatlarını bir araya gətirir. Əminəm ki, bu Forum uğurla nəticələnəcək”.

Forumda çıxış edən fizika üzrə Nobel mükafatçısı Robert Lafert bildirib ki, insanlar əvəzinə artıq kompüterlər qərarlar qəbul edir.


Onun sözlərinə görə, artıq övladlarımız bizdən daha ağıllı, daha sürətlidir: “Buna səbəb texnologiyadır, yəni sürət. Texnologiyaya qarşı çıxmaq olmaz. Texnologiyanın inkişafı sonsuzdur. Biz vaxtaşırı olaraq enerjidən danışırıq. Enerjidə hər şey çox az dəyişib. Biz indi elə bir mövqedəyik ki, internetsiz olmur. Bəzi ölkələr interneti məhdudlaşdır və bunu bir çox məsələlərlə əsaslandılrlar. Bəziləri milli maraqlara, bəziləri ölkənin təhlükəsizliyini əsas gətirir. Amma belə olmaz. Biz texnologiyanı inkişaf etdirməliyik”.

Kimya üzrə Nobel mükafatçısı Qurt Virtüq isə çıxışında Heydər Əliyev Mərkəzinin gözəlliyinə diqqət çəkib.
“Mən sevinirəm ki, belə gözəl binada çıxış edirəm. Bu, əsl incəsənət əsəridir”.

“İqtisadi ab-hava böhrandan sonra dəyişməyə başlayıb. Bəzi ölkələr özünə gəlir. Amma bu, bəzi ölkələrdə fərqli şəkildə baş verdi. Misal üçün ABŞ çox ləng şəkildə özünə gəlir”.

Publika.az xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə Nobel mükafatçısı Find Kidland IV Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib.

Avrozonada böhrana toxunan iqtisadiyyatçı Yunanıstan, Portuqaliya kimi ölkələrdəki vəziyyətdən danışıb.

“Bəzi ölkələr bu böhranı bilirdi, amma onlar bunu etiraf etsələr də, qarşısını almaq üçün heç nə etmədilər. Misal üçün İrlandiya. Lakin bunun qarşısını almaq lazımdır. Davamlı inkişafa nail olunsa, münaqişələr də daha az olar”.

Description: https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif

“İnfeksiya xəstəlikləri yayılmaqdadır. Bizim üçün vacibdir ki, biz insan biologiyasını anlayaq”.

Pubika.az xəbər verir ki, bu barədə IV Bakı Beynəlxalq Bakı Humanitar Forumunda çıxışı zamanı Fiziologiya üzrə Nobel mükafatı laureatı Rudolf Singernarger bildirib.

“Bu infeksiyalar necə məhv edilməlidir? 25-30 yaşdan sonra yaranan xəstəliklər artıq insan biologiyasına daxil deyil. Təhsil, tədris bu baxımdan göstərir ki, biz necə yaşamalıyıq. Bizim məqsədlərimizin sırasında gənc qızların təhsili durur. Əla, keyfiyyətli ibtidai təhsili inkişaf etdirməliyik”, - deyə bildirib.

Forum öz işini davam etdirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm