Nida.az
İlham Əliyev Valentina Matviyenkonu qəbul edib
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib.
Prezident İlham Əliyev Valentina Matviyenkonu yenidən Rusiya
Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri
seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı Bakıda
keçirilən IV Beynəlxalq Humanitar Forumda Rusiya Federasiyası
nümayəndə heyətinin Federal Məclisin Federasiya Şurası sədrinin
başçılığı ilə iştirakını bu tədbirə verilən mühüm əhəmiyyət kimi
dəyərləndirdi.
Prezident İlham Əliyev Forumla bağlı təbriklərinə görə Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinə onun təşəkkürünü
çatdırmağı Valentina Matviyenkodan xahiş etdi. Azərbaycan
Prezidenti bir neçə gün əvvəl Həştərxanda Rusiya dövlətinin başçısı
ilə görüşü zamanı iki ölkə arasında münasibətlərin çox müsbət,
dinamik inkişaf etməsinin, əməkdaşlığın bütün sahələri
əhatələməsinin, iqtisadi sahədə ticarət dövriyyəsinin artmasının
vurğulandığını diqqətə çatdırdı. Dövlətimizin başçısı
parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin daha da
inkişaf etdirilməsində önəmini vurğuladı.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri
Valentina Matviyenko Prezident Vladimir Putinin salamlarını və xoş
arzularını dövlətimizin başçısına çatdırdı. Qonaq IV Bakı
Beynəlxalq Humanitar Forumuna dəvətə görə Prezident İlham Əliyevə
təşəkkürünü bildirdi. Valentina Matviyenko dövlətimizin başçının
Forumdakı çıxışının yaratdığı yüksək təəssüratdan danışdı. Bakıda
gördüklərinin nümayəndə heyəti üzvlərində dərin təəssürat
yaratdığını vurğuladı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Vladimir Putinə salamlarına və xoş
arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və
xoş arzularını Rusiya dövlətinin başçısına çatdırmağı Valentina
Matviyenkodan xahiş etdi.
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO