Deputat 3 milyon borc almasından DANIŞDI
Bizi izləyin

Nida.az

Deputat 3 milyon borc almasından DANIŞDI

Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən onun ailəsinə məxsus “Muğanbank” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 3 milyon dollar borc pul verməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Rektor-deputat Ə.Vəliyev Publika.az-a açıqlamasında deyib:

“Əgər mən pul almışamsa, deməli, ölkəyə pul gətirmişəm də. Məgər mən ölkədən valyuta çıxartmışam? Bəzi adamlar Azərbaycan pullarını ölkədən çıxarır və bu günahdır. Əgər mən respublikaya pul gətirirəmsə, bütövlükdə bunun Azərbaycan dövlətinə xeyri var. Dünya bankı kredit verəndə, çox aşağı faizlə pul verir. Ona görə də bunun Azərbaycan üçün xeyri olacaq.

“Muğanbank” hara, mən hara? Yoxlayıb görsünlər ki, bu bankın sahibi kimdir. Yoxlayıb görsünlər, əgər bu bankda mənim faizim varsa, heç olmasa, mən də tələb edib nə isə alım. Heç bu bankda övladımın da payı yoxdur. Bankı idarə edən kürəkənimdir. Kürəkənim də biznesmendir və məndən 20 dəfə ağıllı və işgüzar adamdır. Kürəkənimin biznesi uzun illərdir var. O Azərbaycan Beynəlxalq Bankında müdir işləyəndə, heç bizim adımız-sanımız yox idi. Belə çıxır ki, mənim kürəkənim iş adamı ola bilməz?"

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm