İlham Əliyev sabiq prezidentləri qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev sabiq prezidentləri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi qəbul edib.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun xalqlar və mədəniyyətlər arasında dialoqun genişləndirilməsində rolu qeyd edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Litva Respublikasının keçmiş Prezidenti Vitautas Landsbergisi qəbul edib.

Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Artıq dördüncü dəfədir Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun mədəniyyətlərarası dialoqa verdiyi töhfə vurğulanıb.

***

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçi qəbul edib.

Görüşdə IV Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq əməkdaşlığı genişləndirmək baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulandı, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm