Nida.az
"Danışmaq haqqınız yoxdur!" Qənirə Paşayevadan ermənilərə cavab
"1 milyon azərbaycanlının evinə dönməsinə imkan verməyən işğalçı Ermənistan təmsilçisinin AŞPA-da insan haqlarından danışmaq haqqı yoxdu".
Bunu Qənirə Paşayeva AŞPA-da Ermənistan nümayəndə heyətinin çıxışına cavab verərkən söyləyib.
Qənirə Paşayevə Publika.az-a verdiyi açıqlamasında deyib ki, Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü Aprine Hovhannisyan bütün çıxışını Azərbaycan əlehinə yönəldib. Yalan, qərəzli məlumatlar və ittihamla çıxış edən Ermənistan nümayəndəsi Azərbaycanda insan haqları ilə də bağlı qərəzli fikirlər səsləndiririb.
Ermənistan nümayəndə heyətinin üzvünün çıxşından sonra müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ermənilərin cavab verib.
- Təəssüf edirəm ki, Ermənistan nümayəndə heyətinin üzvü bütün çıxışını Azərbaycana həsr edərək yanlış, qərəz dolu məlumat və fikirlər səsləndirdi. Qonşusunun, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan bir ölkənin Ermənistanı təmsilçisinin bu Assamleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdu. 1 milyon azərbaycanlını öz evindən qaçqın və məcbiri köçkün salan və bu gün də onların öz evlərinə dönməsinə imkan verməyən bir ölkənin millət vəkilinin Avropa Şurası Assambleyasında insan haqlarından danışmaq haqqı yoxdur. İşğalçı bir ölkənin, 1 milyon insanın bütün insan haqlarını 20 ildən artıqdır ki, tapdalamaqda davam edən bir ölkənin, Ermənistanın insan haqlarından dəm vurub kimlərəsə dərs keçmək haqqı çox gülünc görünür. Ermənistan nümayəndə heyətinin üzvü Aprine Hovhannisyan bunlardan danışsa daha yaxşı olardı. Yaxşı olardı ki, o, yalan, qərəz dolu məlumatlarla bütün çıxışını Azərbaycana həsr etməkdənsə öz ölkəsində insan haqlarının vəziyyətindən və ümumiyyətlə ölkəsindəki vəziyyətdən danışaydı. Avropa Şurası, Parlament Assambleyası da daxil olmaqla çox sayda beynəlxalq təşkilatlar Ermənistanı insan haqlarının tapdanması da daxil olmaqla çox məsələlərdə tənqid edirlər. Ermənistan millət vəkili Hovhannisyan onlardan danışsa daha yaxşı olardı. Onun Azərbaycan haqqında səsləndirdiyi fikirlər qərəzdən və yalandan başqa bir şey deyil və çox təssüf edirik ki, onlar bu kimi addımlara əl atırlar. Biz AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırırıq. Ermənistan AŞ qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəlik götürüb. Heç bir addım atmayıb. AŞPA 1416 saylı qətnamə qəbul edib. Amma Ermənistan bu günə kimi bu qətnaməni yerinə yetirməkdən imtina edir. Ona görə də AŞPA artıq Ermənistanın bu addımlarına öz sərt münaibətini bildilməli, ona qarşı sərt addımlar atmalıdır. Öz evinə dönə bilıməyən və insan haqları işğalçı Ermənistan tərəfindən tapdanmaqda davam edən azərbaycanlı qaçqın və məcburu köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar.
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR