İŞİD Xəzərə doğru irəliləyir?- ekspertlərdən təhlükə xəbərdarlığı
Bizi izləyin

Nida.az

İŞİD Xəzərə doğru irəliləyir?- ekspertlərdən təhlükə xəbərdarlığı

Xəzər sammitinə əsas diqqət çəkən məqam üçüncü ölkələrin dənizə buraxılmaması haqda razılıq əldə olunması idi. Ekspertlər hesab edir ki, buna əyani olaraq əməl etmək üçün çox səy lazım olacaq.


Publika.az xəbər verir ki, iranlı ekspert Rəcəb Səfərov hesab edir ki, Xəzərin təhlükəsizliyində ABŞ-ın da rol alması neqativ haldır.

“İndi “İslam dövləti” ilə mübarizə bəhanəsi ilə ABŞ koalisiya yaradır. Məsələ ondadır ki, terrorla mübarizədə müasir Amerika üsulu regionlar üzrə təsir edir, həmçinin Qafqaza da münaqişələrin daşınması prosesi gedir. Nəticədə vəziyyət Rusiya üçün əlverişsiz olur. Rusiya zərbəni gözləyir, iqtisadiyyat çətin vəziyyətdədir. Bu, Rusiyanın təcridinin gücləndirilməsidir. ABŞ İŞİD-ə qarşı koalisiyadan İran və Rusiyanı kənarlaşdırmaq istəyir. Vaşinqton İranı münaqişənin mərkəzinə çəkmək istəyir. Beləliklə, İran və Rusiyaya təzyiq edilir, hər iki ölkə koalisiyaya qoşulmaq istədi, lakin ordakı ölkələr buna icazə vermədi”.


Bunun fonunda üçüncü ölkələrin Xəzərə daxil olmasına qarşı qəbul edilən razılığı müvəffəqiyyət hesab edən iranlı ekspert bildirib ki, indi fəlakətlər və qəzalara qarşı tədbirlər görmək üçün birgə qurumun yaradılması mümkündür.

“Təhlükəsizlik məsələlərinin müzakirəsinin vaxtı idi. Kuluarlarda həmçinin əsas məsələlərdən biri təhlükəsizlik, kollektiv təhlükəsizlik normalarının hazırlanması və terrorizmlə mübarizə idi. Kənar dövlətin regiona girməsinin qarşısının alınması Xəzəri ABŞ-ın oxşar müdaxilələrindən müdafiə edir. Güman edirəm ki, bu, düşmən mövqelərin neqativ təsirlərini dayandıracaq”, - deyə ekspert bildirib.

Ekspert hesab edir ki, Qazaxıstan sammitində Xəzərin təhlükəsizliyi üçün ayrıca orqan yaradılacaq.


Rusiyanın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, politoloq Vladimir Sajin bildirib ki, İraq və Suriyada dini ekstremist dövlətin yaradılması daha çox narahatedici məqamdır, nəinki burda ABŞ-ın barmağının olub-olmamasını düşünmək. Onun sözlərinə görə, “İslam dövləti” təkcə Yaxın Şərq regionu üçün deyil, bütün dünya üçün təhlükədir: “Dini ekstremist qruplar “Müsəlman qardaşları” yaranandan sonra daha çox sürətlə meydana çıxmağa başladı. İndi həqiqətən də əsas məsələ terror dövlətinin yaranmasıdır”.

Ekspert İŞİD-in Xəzər regionu üçün təhlükəsini istisna etmir. Onun sözlərinə görə, dəniz hövzəsindəki 5 ölkənin hər birindən bu terror qruplaşmasının tərkibində döyüşənlər var: “Bu bir gün eyni təhlükənin geri qayıdacağı potensialını artırır. Bu baxımdan, Xəzərin təhlükəsizliyi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Lakin hazırda 5 ölkə arasında bununla bağlı ortaq müqavilə lazımdır”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm