Bakıda “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı “dəyirmi masa” keçirilir – FOTOLAR
Bizi izləyin

Nida.az

Bakıda “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı “dəyirmi masa” keçirilir – FOTOLAR

Bakıda keçirilən dördüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu gün “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı “dəyirmi masa” keçirilir.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov tədbirdə 20 ölkədən 40 nəfərin iştirak etdiyini xatırladıb.

U.Ələkbərov deyib: “Paytaxt Bakı növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycanın ayrı-ayrı dövlət orqanları, Heydər Əliyev Fondu ölkəmizdə bir sıra mötəbər tədbirlər təşkil edir. Burada müzakirə etdiyimiz “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusu çox aktual məsələdir”.

“Dəyirmi masa”ya sədrlik edən Nobel mükafatçısı Corc Smut deyib ki, dünaynın dayanıqlı inkişaf modelinə çatmaq vacib məsələdir.

Onun sözlərinə görə, cəmiyyətin inkişafının davamlı olmasında risklər var:

“Bu məsələyə diqqəti yönəltməklə risk enerjisi dayanıqlı olmalıdır. Gündəlik həyatımızda əhəmiyyətli mənbələr tükənərsə, davamlılığı təmin edə bilmərik. İnsanın fəaliyyəti nəticəsində ciddi ekoloji problemlər yaranır. Çox çətin bir vəziyyətdir, hər şeyi dövlət edə bilməz. İnsanlar bu işdə fəal olmalıdır. Biz ekoloji mühitin təmizliyi üçün nələr etməli olduğumuzu araşdırmalıyıq. Tullantıların yenidən emalı sahəsində araşdırmalar aparmalıyıq. Biz əhalini marrifləndirməliyik. Baxmalıyıq ki, insanlar nə dərəcədə məlumatlıdır”.

Digər Nobel mükafatçısı Robert Laflin tədbirin olduqca vacib və aktual olduğunu söyləyib:

“Bizim müzakirə etdiyimiz məsələlər dünyanın bütün ölkələrində üzləşdiyimiz məsələlərdir. Biz burada düzgün idarəçilik və ekoloji sivilizasiya barədə danışırıq. Vətəndaş cəmiyyətinin ehtiyacları və həyatımızı təmin etmək, balansı qorumaq çox çətindir. Ətraf mühitə müəyyən yük əlavə edirik. Özümüz üçün vacib olan ən yeni texnologiyanı əldə etmək istəyirik. Qanunlar olmalıdır. Bİz insanlar yer kürəsini yaşamaq üçün gözəl bir yerə çevirməliyik. Çoxlu ekoloji tədbirlər görülsə də, təbii ehtiyatlardan çox səmərəsiz istifadə edirik”.

Daha sonra Regionların Davamlı İnkişaf üzrə Avropa Fondunun prezidenti Klod Eji, Flaman Parlamentinin Fəxri sabiq sədri Lui Vanvelthoven, Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitunun baş direktoru Aslan Onur Endər çıxış ediblər.

Bildirilib ki, regional əməkdaşlıq çox önəmlidir. Dövlət qulluğu üzrə təhsil verən insnalar da bu sahədə öz töhfəsini verməlidir. Hər şey təhsildən başlayır.

Davamlı inkişaf yeganə vasitədir ki, ekoloji sivilizasiya əsas prioritet olaraq qalacaqdır. Sənaye, kənd təsərrüfatı, nəqliyyat və sairə əhalinin istehlak səviyyəsindən asılıdır.

Rektor U.Ələkbərov qeyd edib ki, Azərbaycanda bu sahədə dayanıqlı proseslərə 3 səviyyə cəlb edilir.

Hazırda tədbir davam edir

Vasif Həsənli

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm