• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda dəyirmi masa keçirilir

  • Nida.az
  • 3 Oktyabr 2014 11:46
  • 741 Baxış
“İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda dəyirmi masa keçirilir

Bu gün “Hilton” mehmanxanasında IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Beynəlxalq Forumun əhəmiyyətindən danışıb. Bildirib ki, 23 il bundan əvvəl yenidən müstəqillik əldə etmiş Azərbaycan bu gün sürətlə inkişaf edir. Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı, tolerantlıq müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyev kursunun davamçısı kimi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq ölkəmizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının bərabərhüquqlu üzvü olan ölkəmizin dinamik inkişafı, bəşəri düşüncələr haqqında azad fikirlərin səslənməsi dünya ölkələri tərəfindən Azərbaycana olan marağı gündən-günə artırır. Artıq Azərbaycan öz qlobal layihələrdə iştirakına və siyasi gedişlərinə görə çağdaş dünyanın önəmli üzvünə çevrilib.

Rektor qeyd edib ki, bu gün Azərbaycan və onun paytaxtı Bakı dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Beynəlxalq Humanitar Foruma və digər mötəbər tədbirlərə ev sahibliyi edir. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. 2015-ci ilə Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi nəzərdə tutulmuşdur. Hesab edirik ki, Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə, Azərbaycan öz inkişaf səviyyəsini, yüksək potensialını bütün dünyaya bir daha təqdim edəcək.

Qeyd edək ki, Forumun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda keçirilən Dəyirmi masasında 14 ölkədən 20 nümayəndə, o cümlədən Bakı Dövlət Universitetindən 50 nəfər iştirak edir. Dəyirmi masada İsrail, Albaniya, Serbiya, Gürcüstan, Amerika, Braziliya, Almaniya, Rumıniya, Rusiya, Bolqarıstan, Mərakeş, Sudan, Qazaxıstan, və Vyetnamdan nümayəndələr iştirak edir. Qonaqlar araında Nobel mükafatı Laureatları, universitet rektorları, prorektorlar, akademiya prezidentləri, institut direktorları, akademiklər, professorlar, dosentlər, nazirlər, agentlik sədrləri, şirkət rəhbərləri, media nümayəndələri var. Dəyirmi masa üç işçi bölmədən ibarətdir.

  • Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri,
  • Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar,
  • Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi.
  • Dəyirmi masa yekun müzakirə və Bəyannamənin qəbul edilməsi ilə başa çatacaq.

İsmi Şahzadə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR