"Hər bir dövlət qulluqçusu Prezidentdən nümunə götürməlidir" - Ramiz Mehdiyevin yeni statusu
Bizi izləyin

Nida.az

"Hər bir dövlət qulluqçusu Prezidentdən nümunə götürməlidir" - Ramiz Mehdiyevin yeni statusu

"Mən hesab edirəm ki, hər bir dövlət qulluqçusu cənab Prezident İlham Əliyevdən nümunə götürməlidir, öz fəaliyyətini yenidən dəyərləndirməlidir". Publika.Az xəbər veri ki bu sözləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev öz "Feysbuk" səhif


"Mən hesab edirəm ki, hər bir dövlət qulluqçusu cənab Prezident İlham Əliyevdən nümunə götürməlidir, öz fəaliyyətini yenidən dəyərləndirməlidir". Publika.Az xəbər veri ki bu sözləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev öz "Feysbuk" səhifəsindəki statusunda yazıb.

R. Mehdiyev daha sonra qeyd edib :"Azərbaycan Respublikasının müasir dövlətçilik fəlsəfəsi dövlət qulluqçusundan Vətən qarşısında öz məsuliyyətini daha dərindən dərk etməyi tələb edir. Cənab Prezidentin ötən gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda növbəti dəfə bəyan etdiyi mühüm prinsiplər hər bir dövlət qulluqçusu üçün başlıca həyat kredosuna çevrilməlidir. Cənab Prezidentin söylədiyi kimi, “Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər.”.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm