Bakının Vaşinqton üçün daha bir əhəmiyyəti: “Ən uğurlu yol” variantı
Bizi izləyin

Nida.az

Bakının Vaşinqton üçün daha bir əhəmiyyəti: “Ən uğurlu yol” variantı

NATO-nun Əfqanıstandan kontingentini çıxarmaq üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edəcəyi dəqiqləşir.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qəzeta” nəşri məlumat verib.


Məlumata görə, yaxın günlərdə Bakıda “İpək yolunun inkişaf perspektivləri” adlı beynəlxalq konfrans keçiriləcək və burda BTQ-nin geniş təqdimatı keçiriləcək.

Yaxın aylarda Bakıdan ilk qatar relsə buraxıla bilər. Gürcü mənbələrin məlumatına görə, üç mərhələdə nəzərdə tutulmuş işlər başa çatdırılıb.


Qazaxıstan XİN-in MDB ölkələri üzrə departamentinin direktoru Qədir Kasbulatovun fikrincə, BTQ regionda ticarət əlaqələrinə yeni impuls verəcək.


“Bununla yanaşı, bu marşrut Yaponiya və Çindən Avropaya çatdırmalar azalacaq”, - qazaxıstanlı rəsmi qeyd edib.


Nəşr yazır ki, Əfqanıstandan hərbi texnika və qüvvələri çıxarmağa başlayan NATO BTQ-nın istismara verilməsində ən çox maraqlı olan tərəfdir.

Qeyd edək ki, BTQ üçün əsas maraqlı tərəflərdən biri də Vaşinqtondur. Söhbət, “Qafqaz dəhlizi”ndən gedir.

Bu dəhliz digər marşrutlara nisbətən daha səmərəlidir. Belə ki, Əfqanıstandan daşınmalar üçün üç variant var. Birincisi, Özbəkistan-Qazaxıstan-Rusiya marşrutu ilə texnikanın Litvaya, ordan da Avropaya çatdırılması idi. İkincisi, Fars körfəzinə qədər gətirilməsi ilə burdan daşınması, üçüncüsü isə “Qafqaz dəhlizi”, yəni Əfqanıstandan Türkmənistana, türkmənbaşı limanından da Xəzərlə Bakıya qədər bərə ilə daşınacaq. Burdan da dəmiryolu vasitəsilə Gürcüstanın Batumi limanına, ordan təkrar bərə ilə Türkiyəyə, ardınca da Avropaya aparılacaqdı.


Birinci marşrut ilk vaxtlarda istifadə edildi və müəyyən daşınmalar həyata keçirildi də. Lakin Ukrayna böhranından sonra, ABŞ-la Rusiyanın münasibətləri tamamilə pozuldu və bu gərginlik sözügedən marşruta da təsir etdi.


İkinci marşrut Yaxın Şərqdən keçdiyi üçün sərfəli deyil. Hazırda bu coğrafiyanın qan gölünə çevrilməsi avtomatik olaraq bu marşrutu sıradan çıxardır.

Üçüncü marşrut isə hazırkı dönəmdə ən sərfəli marşrutdur. Bu marşrutla ABŞ hərbi texnikası və NATO qoşunları həm təhlükəsizlik problemi ilə üzləşməyəcək, həm də marşrutun keçdiyi ölkələr strateji tərəfdaşlar olduğu üçün vaxtında və sağlam olaraq ünvanına çatdırılacaq.


Bir müddət öncə Rusiya mənbələrinin yaydığı məlumata görə, ABŞ “Azərbaycan Dəmir Yolları” QSC-dən və Bakı-Tbilisi-Qars dəmir yolundan hərbi yüklərin daşınması üçün istifadə edəcək. Belə ki, 2014-cü ilin payızından başlayaraq 2016-cı ilin sonuna kimi hər ay “Qafqaz dəhlizi”ndən ən azı 2200 konteyner texnika daşınacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm