• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Müsavatdan Əli Kərimliyə “real müxalifət” ittihamı

  • Nida.az
  • 3 Oktyabr 2014 18:31
  • 507 Baxış
Müsavatdan Əli Kərimliyə “real müxalifət” ittihamı

Müsavat funksioneri Səxavət Soltanlı AXCP sədri Əli Kərimlini ittiham edib.

Publika.az xəbər verir ki, Müsavat funksioneri Əli Kərimliyə müraciət edərək, “real müxalifət Müsavatdır” deyə bildirib.

“AXCP sədri hörmətli Əli bəy Kərimli yenidən Müsavata sataşmaqla yeni gündəm yaratmaq istəyib. Hörmətli Əli bəy, Müsavat Partiyasını yönəldən insanlar başda olmaqla Müsavat Partiyası real müxalifətin özüdür! Bizim hədəflərimiz demokratik Azərbaycan qurmaq, sizin hədəfiniz Müsavat. Fərqimiz bu. “Real müxalifət” görüntüsü yaratmaqla müxalifət olmaq olmadığını, oyundan kənar vəziyyətə düşüdüyünüzü yaxşı bildiyinizdən Müsavata sataşmağı çıxış yolu seçmisinizsə, bir söz deməyəcəyəm.

Müsavat adından faydalanmaq xalqımızın bütün insanları kimi sizin də haqqınız. Amma heç kimin Müsavat Partiyası haqqında söylədiyi yalanlara, xalqı aldatmağa çalışmasına da tamaşaçı olmaq fikrimiz yoxdur.
İnciməyin, səhvlərinizi yenə də təkrarlayırsız. Olmazmı hərə öz yolunu getsin? Kimin doğru yolda olduğunu zaman göstərəcək”, - deyə S. Soltanlı bildirib.

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan çıxandan sonra AXCP ilə qarşılıqlı ittihamlara son qoymaq qərarı verilib.

Lakin cəbhəçi funksionerlər sosial şəbəkələrdə Müsavata qarşı bəzi ittihamlar irəli sürür. Sonuncu “atmaca” qurultaydan öncə baş verdi.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR