• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Yaxın müddətdə Ermənistan buna cəsarət etməyəcək” - Asim Mollazadə

  • Nida.az
  • 6 Fevral 2014 13:47
  • 642 Baxış
“Yaxın müddətdə Ermənistan buna cəsarət etməyəcək” -  Asim Mollazadə

“Ermənistan son illərdə danışıqlar prosesinin heç imitasiyası ilə də məşğul deyil. İndi onları danışıqlar prosesinə məcbur edirlər. Onlar da cəbhə bölgəsində gərginliyi artırırlar ki, Azərbaycanı nədəsə ittiham edə bilsinlər. Həmçinin danışıqlar prosesini pozmaq üçün bəhanələr axtarırlar”.

Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə Publika.Az –a açıqlamasında cəbhədəki son gərginliyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, Ermənistanın təcavüzkar siyasətinin təzahürüdür.

A. Mollazadə qeyd edib ki, Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini artırıb və burda Rusiya prosesdən kənarda qalır: “Bu həm də Rusiyanın hazırki maraqların uyğun deyil. Bu baxımdan Rusiya bu istiqamətdə siyasətini Ermənistanın əli ilə həyata keçirir. Ermənistan müstəqil dövlət deyil ki. Ermənistan öz müstəqilliyini itirmiş forpostdur. Danışıqlar prosesinə beynəlxalq ictimaiyyətin təzyiqi olan anda Ermənistan da hər bir təxribatdan istifadə edir ki, prosesi pozsun. Bu təxribatı 20 ildən artıqdır ki, həyata keçirirlər. Ermənistanın arxasında duran qüvvələr də bu təxribatlardan hər zaman bölgədə sabitliyi pozmaq, bölgədə gedən inkişaf proseslərinin qarşısını almaq üçün istifadə edirlər. Təbii ki, Azərbaycan səbirlə sülh prosesində iştirak edərək beynəlxalq ictimaiyyətin diqqəti bizim haqlı olduğumuza cəlb etməlidir”.
A. Mollazadə hazırda cəbhədəki qarşıdurmanın müharibəyə çevriləcəyi ehtimalını yüksək qiymətləndirmir. O, yaxın müddətdə Ermənistanın hansısa formada aktiv müharibəyə keçəcəyini gözləmədiyini deyib.
“Buna nə onun, nə də onun arxasında dayananların imkanları çatmayacaq. Sadəcə olaraq onların əsas istəyi beynəlxalq ictimaiyyətin diqqətini bu bölgədən yayındırmaqdır. Yəni sülh danışıqları mümkün deyil, onlar nəticəsiz olacaq, beynəlxalq ictimaiyyətin səyləri əbəsdir. Buna görə də kənarlaşmalıdırlar. Baş verənlər buna hesablanıb”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR