Nida.az
Litvanın xarici işlər naziri Bakıya gələcək
Litvanın xarici işlər naziri Linas Linkyaviçyus oktyabrın 21-23-də Azərbaycana səfərə gələcək. Trend xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.
Səfərin ilk günü, yəni oktyabrın 21-də Linkyaviçyusun Bakıya rəsmi səfəri başlayacaq.
Məmmədzadənin sözlərinə görə, növbəti iki gündə hökumətlərarası komissiyanın sədri kimi Linkyaviçyus Şəmkir şəhərinə baş çəkəcək. Burada oktyabrın 22-23-də Azərbaycan-Litva hökumətlərarası komissiyanın dördüncü iclası keçiriləcək. Tərəflər ikitərəfli əməkdaşlığın praktiki olaraq bütün aspektlərini, o cümlədən ticari-iqtisadi, humanitar əlaqələri nəzərdən keçirəcəklər.
İclas çərçivəsində Şəmkir və Şaulyaya şəhərlərinin qardaşlaşması barədə sazişin imzalanacağı gözlənilir. Səfir əlavə edib ki, bu, Azərbaycan və Litva şəhərlərinin ilk qardaşlaşması olacaq. Вununla əlaqədar, Şaulyaya şəhərinin meri də Litvanın nümayəndə heyətinin tərkibinə daxil olacaq.
Məmmədzadə qeyd edib ki, oktyabr ayı ərzində Azərbaycana həmçinin Litvanın nəqliyyat və kommunikasiyalar naziri Rimantas Sinkyaviçyusun (15-16 oktyabr), eləcə də bu ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti də (29 oktyabr) gələcək.
Oktyabrın 29-da baş tutacaq səfər çərçivəsində gənclər siyasəti sahəsində Azərbaycan və Litvanın əməkdaşlığı məsələlərinə baxılacaq. Litvada gənclər siyasəti sahəsi Əmək və Sosial Müdafiə Nazirliyinin kurasiyasındadır.
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar