Azərbaycan qlobal dialoqa konstruktiv töhfə verməkdə qətiyyətlidir
Bizi izləyin

Nida.az

Azərbaycan qlobal dialoqa konstruktiv töhfə verməkdə qətiyyətlidir

Azərbaycan qlobal dialoqa konstruktiv töhfə verməkdə qətiyyətlidir. Trend-in məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) rəhbəri Helen Klark oktyabrın 1-3-də Azərbaycana səfirinin yekunlarına dair videomüraciətində bildirib.

Helen Klark qeyd edib: “Azərbaycanın həm regional, həm qlobal səviyyədə oynadığı rolunda çox maraqlıyıq. Hesab edirəm ki, Azərbaycan qlobal dialoqa konstruktiv töhfə verməkdə qətiyyətlidir”.

BMT rəsmisi Azərbaycanı BMT İnkişaf Proqramının çox yaxşı tərəfdaşı adlandırıb və ölkə ilə tərəfdaşlığın daha çox strateji partnyorluğa çevrilməsi üçün imkanların olduğunu bildirib: “Azərbaycanla tərədaşlığmız bizim üçün çox dəyərlidir və biz bilirik ki, bu, gələcəkdə daha güclü tərəfdaşlığa çevrilə bilər”.

BMT rəsmisi qeyd edib ki, Azərbaycana səfərindən çox razı qalıb. Səfər zamanı ölkə rəhbərliyi ilə və bir çox nazirlə görüşdüyünü deyən H.Klark qeyd edib ki, o həmçinin Bakıda keçirilən Humanitar Forumun açılışında da iştirak edib.

H. Klark Azərbaycanda əhaliyə dövlət qulluğunun göstərilməsində böyük rol oynayan "ASAN xidmət"in fəaliyyətinə də toxunub: “Səfərim zamanı “ASAN xidmət"i və bunun ölkə vətəndaşları üçün necə rahat olduğunu görmək imkanım oldu. Bu təkcə vətəndaşlar üçün rahatlıq deyil, eyni zamanda, mümkün korrupsiya hallarının qarşısını alır”.

BMT rəsmisi Azərbaycan hökümətinin təbii fəlakətlərin qarşısının alınması istiqamətindəki faəliyyətini də yüksək qiymətləndirib. H.Klark qeyd edib ki, iqlim dəyişikliyi səbəbindən təbii fəlakətlərin artmasını nəzərə alaraq daha çox planlaşdırma həyata keçirilməlidir: “Biz iqlim dəyişikliyinə adaptasiya istiqamətindəki işimizin davam etdirilməsini istəyirik”.

Qeyd edək ki, H.Klarkın 1-3 oktyabrda Azərbaycana səfərinin əsas məqsədi Azərbaycanın dayanıqlı inkişafı üçün təşkilat tərəfindən yüksək səviyyədə dəstəyin verilməsi, hökumətin iqtisadi və sosial inkişaf sahələrində uğurlarını müşahidə etmək və Azərbaycanın tam hüquqlu donor icmasına qoşulması yolunda hazırlığını yoxlamaq olub.

Səfər çərçivəsində Helen Klark yüksək rütbəli hökumət nümayəndələri, qadın siyasətçilər, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərlə görüşüb.

Xatırladaq ki, BMT İP-in rəhbərinin Azərbaycana sonuncu səfəri 1996-cı ildə olub. Həmin nümayəndə heyətinə ovaxtkı BMT İP rəhbəri Ceyms Qustav Spez rəhbərlik edib.

BMT-nin inkişaf agentliyi olan BMT İP dəyişiklik üçün təşviqat aparır və ölkələri bilik, təcrübə və resurslar naminə birləşdirir. 170-dən çox ölkə və ərazidə fəaliyyət göstərən bu təşkilat həyatlara səlahiyyətin verilməsi və güclü millətlərin yaradılmasına yardım etmək üçün qlobal yanaşma və yerli baxışlar təklif edir. 1992-ci ildən fəaliyyət göstərən BMT İP-nin Azərbaycan Nümayəndəliyi səmərəli idarəçilik və dayanıqlı inkişafın təşviqi, eləcə də gender bərabərliyi, münaqişədən sonrakı yenidənbərpa və fəlakətlərin azaldılması riskləri sahələrində təqdirəlayiq işlər görüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm