İlham Əliyev: Biz Avropanı da yaxşı anlayırıq...
Bizi izləyin

Nida.az

İlham Əliyev: Biz Avropanı da yaxşı anlayırıq...

Müasir dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu var. Publika.az AzərTAc -a istinadən xəbər vrir ki, bu sözləri Prezident İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində söyləyib.

Dövlətimizin başçısı deyib: “Biz Avropa ilə Asiya arasında, qədim “İpək yolu” üzərində yerləşən bir ölkəyik və biz Avropanı da yaxşı anlayırıq, müsəlman ailəsinin də bir parçasıyıq. Biz çalışırıq ki, bu sivilizasiyalararası dialoq, humanitar dialoq daha da güclü olsun, daha da güclənsin”.

Prezident İlham Əliyev Azərbaycanın humanitar sahədə son illərdə böyük uğurlara imza atdığını, bu sahənin hökumətimiz üçün prioritet sahələrdən biri olduğunu diqqətə çatdırıb. Azərbaycanda humanitar sahəyə investisiyaların qoyulduğunu vurğulayan Prezident ölkəmizdə humanitar məsələlərin uğurla öz həllini tapdığını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm