Nida.az
Azay Quliyev Qırmızı Xaç Komitəsinə azərbaycanlı əsirlərlə bağlı çağırış etdi
“Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış hazırki durğun vəziyyət regionda sülh və stabillik üçün çox təhlükəlidir. Ermənistan ordusunun işğal olunmuş torpaqlardan çıxarılması və Azərbaycan əhalisinin öz evlərinə geri dönmələri bu münaqişənin həlli üçün irəliyə addım olar”.
Publika.az-ın məlumatına görə, bunu ATƏT PA-nın Cenevrədə keçirilən payız sessiyasında çıxışı zamanı ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev deyib.
Deputatın sözlərinə görə, bu cür hərəkət Azərbaycanın Dağlıq
Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında etimad
mühitinin yaranmasına kömək edəcək. Bu isə özlüyündə davamlı sülh
yaratma istiqamətində çox önəmli elementdir: “İki gün öncə bizim
müzakirələrdə nümayiş olunduğu kimi, Ukraynadakı vəziyyət ATƏT
PA-nın hazırki narahaçılığının mərkəzi problemi olaraq qalır. Dünya
ictimaiyyəti hədsiz insan itkilərinin və mülkiyyətə dəyən ziyanın
şahidi oldu. Bu günlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin isveçrəli
işçisi Laurent Etiennenin Ukraynada öldürülməsi həddindən artıq
utancverici bir hadisədir. Beynəlxalq ictimaiyyət Ukrayna məsələsi
ilə bağlı bir sıra mühüm qərarlar qəbul etdi. Bu qərarlar ilk
növbədə beynəlxalq hüququn bir sıra təməl prinsiplərinin, xüsusilə,
mübahisələrin sülh yolu ilə həlli və dövlətlərin ərazi bütövlüyünə
hörmətin vacibliyini nəzərdə tutur”.
A.Quliyev qeyd edib ki, hazırda dörd mindən artıq azərbaycanlı
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin və əsir düşüb:
“Buradan Beynəlxalq Qırmız Xaç Komitəsinin rəhbərliyindən
azərbaycanlı əsirlərin azad olunmasına kömək etmələrini xahiş
edirəm”.
Millət vəkili çıxışında İraq və Suriya ətrafında baş verən
hadisələrə də toxundu: “Bu gün, biz İraqda və Suriyada faciəli
təcavüzlərin davam etdiyinin şahidiyik. Bu yeni təhdidlərin əsas
səbəbi İŞİD kimi terrorist qruplar üçün əlverişli şərait yaradan
getdikcə şiddətlənən münaqişələr və dövlətçiliyin, idarəetmənin
uğursuzluğa düçar olmasıdır. İŞİD ola bilsin adı ilə yenidir,
lakin, bu yeni bir təhdid forması deyildir. İndi İŞİD-ın 40- 50 min
nəfərlik ordusu var. Sual olunur, İŞİD-a hansı ölkələr və yaxud
qüvvələr köməklik edir? Kim İŞİD-ı dəqiq və ardıcıl kəşfiyyatla
təmin edir? Hər kəsə məlumdur ki, kənardan dəstək olmasa, bu cür
təşkilat qurula, fəaliyyət göstərə və bu qədər ciddi təhlükəyə
çevrilə bilməzdi. Əgər biz İŞİD-ı yox etmək istəyiriksə, o zaman
yuxarıda sadalanan suallara aydınlıq gətirməmiz lazımdır”
Gülnar Əliyeva
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular