YAP -da təmizlənmənin anonsu verildi - Yeni sədr müavini danışdı
Bizi izləyin

Nida.az

YAP -da təmizlənmənin anonsu verildi - Yeni sədr müavini danışdı

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyasının yeni sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov təmsil olunduğu komissiyanın planlarını açıqlayıb.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyasının yeni sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov təmsil olunduğu komissiyanın planlarını açıqlayıb.

N.Əhmədov Publika.Az-a açıqlamasında bildirib ki, yeni komissiya partiyada nizam-intizam məsələlərinin artırılmasında böyük işlər görəcək. Onun sözlərinə görə, YAP üzvlərinin həyatında bu komissiyanın rolu və əhəmiyyəti böyük olacaq: “Mən bu komissiyada sədr müavini kimi çalışmaq şərəfinə nail olmuşam və buna görə çox sevinirəm. İlk işimiz qarşıya qoyulan məsələlərin həllinə nail olmaq, o cümlədən Nəzarət Təftiş Komissiyasının partiyadaxili apardığı bir sıra araşdırmaların və yoxlamaların nəticəsi olaraq bəzi təşkilatlarda olan qüsurların aradan qaldırılması istiqamətində iş aparmaq və sairədir. Artıq iş planı hazırdır. Müəyyən sənədlər var ki, onlar da hazırlanandan sonra biz yenidən görüşüb müzakirələr aparacağıq. Ötən gün keçirilən görüş isə tanışlıq xarakterli idi. Həmin iclasda gələcək perspektivlər barədə fikirlər səsləndirilib. Ancaq konkret işlər isə növbəti iclaslarda müzakirə olunacaq”.

N.Əhmədov YAP-da bəzi qüsurlu məqamların nədən ibarət olduğunu da açıqlayıb: “Partiyada elə adamlar var ki, onlar YAP-a üzv daxil olanda vəzifəyə gəlməyi özlərinə əsas məqsəd götürürlər, partiyanın sıralarında lazımı fəallıq göstərmirlər və sairə. Bu gün bizim üçün əsas məsələ keyfiyyətdir. Artıq YAP-ın 600 mindən çox üzvü var. Bizim partiya üzvlüyü ilə bağlı problemimiz yoxdur. Artıq biz partiyaya üzv olanlarla bağlı keyfiyyət məsələsinə üstünlük veririk. Çünki elə insanlar var ki, onlar partiyaya vəzifə üçün gəlirlər. Ola bilər ki, hər təşkilatdan 3-5 nəfər partiyaya vəzifə üçün gəlirlər. Bu cür adamlar artıq yavaş-yavaş sıradan kənarlaşdırılacaq. Onlar arasında elələri var ki, artıq özləri gedirlər. Biz bu cür məsələlərə baxacağıq. Bunun qarşısını almaq üçün müvafiq tədbirlər görüləcək. Biz bundan sonra partiyaya üzv olmaq istəyənlər arasında gənclərə daha çox üstünlük verəcəyik. Hesab edirəm ki, artıq partiyaya qəbul məsələsinə çox ciddi baxılmalıdır”.

Xatırladaq ki, ötən gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyasının ilk iclası keçirilib. İclasda komissiyanın 2014-cü il üçün iş planı müzakirəyə çıxarılıb.

YAP İdarə Heyətinin üzvü, Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov komissiyanın 2014-cü il üçün iş planı haqqında ətraflı məlumat verib.Daha sonra iclasda komissiya üzvləri çıxış edərək iş planı haqqında fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda Partiyadaxili inkişaf və intizam komissiyasının 2014-cü il üçün iş planı təsdiqlənib.

İclas zamanı YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Partiyadaxili inkişaf və intizam komissiyasının sədr müavini seçilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm