Müsavat rəhbərliyinə vaxt verildi
Bizi izləyin

Nida.az

Müsavat rəhbərliyinə vaxt verildi

"Seçkiyə müəyyən müdaxilələr olub, ədalətlilik prinsipi pozulub. Həm də bizə seçkidən sonra atılan şər-böhtanları da qəbul etmirik. Müsavat nə bir nəfərin, nə bir ailənin, nə də bir kəsimin partiyasıdır. Biz bu yolu qələbəyə kimi davam etdirəcəyik. Çünki biz partiyanın güclənməsini istəyirik”.

Publika.az xəbər verir ki, bu barədə bu gün tərəfdarları ilə görüşən Müsavat Parrtiyası sədrliyinə namizəd Qubad İbadoğlu deyib.

Qubad İbadoğlu kimlərinsə haqqını tapdamağa imkan verməyəcəyini bəyan edib.

"Biz səviyyəli, müdaxiləsiz öz işimizi başa çatmış hesab etdik, ancaq bizim seçimimizə haram qatanlar oldu və seçkinin nəticəsinə təsir göstərdilər. Biz onları tanıyırıq. Biz öz dostlarımızdan belə münasibət gözləmirdik", İbadoğlu əlavə edib.

Qubad İbadoğlu qeyd edib ki, partiyanın hazırkı rəhbərliyinə Müsavatın gələcək fəaliyyəti ilə bağlı konkret təkliflər verib. "Biz təkliflərimizin 2015-ci ilin yanvarın 1-nə kimi reallaşdırılmasını tələb edəcəyik”, - o, vurğulyıb.

Bundan başqa Qubad İbadoğlu qurultaydakı pozuntularla bağlı hazırladıqları arayışın oktyabrın 10-da seçki komissiyasına təqdim ediləcəyini və pozuntulara yol verən şəxslərin cəzalandırılmasının tələb olunacağını bildirib.

Görüşdə qurultayda baş verən pozuntuları əks etdirən video görüntülərin nümayişi isə partiyanın keçmiş başqanı İsa Qəmbərə qarşı ittihamların söylənməsinə yol açıb.

Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) keçmiş üzvü Əlövsət Talışxanlı qurultaydakı pozuntulara görə İsa Qəmbəri ittiham edib: “Qurultaya təsir göstərən adam İsa Qəmbər olub. İsa Qəmbər öz hərəkətləri ilə Arif Hacılının qələbəsinə şərait yaradıb. MNTK-nın təqdimatı olmadan onlarla rayon təşkilatı buraxılıb. Bu necə olur?”

Görüşdə iştirak edən digər şəxslər, Hikmət Hacızadə, Vurğun Əyyub və başqaları da qurultayın nəticələrinin ləğv edilməsini, pozuntulara yol vermiş şəxslərin cəzalandırılması tələbi ilə rəhbərliyə vaxt veriblər.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Qubad İbadoğlu Arif Hacılıya cüzi səs fərqilə uduzub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm