Müsavatda sükut pozuldu
Bizi izləyin

Nida.az

Müsavatda sükut pozuldu

Müsavat Partiyası başqanlığı seçimlərində Arif Hacılıya uduzan Qubad İbadoğlunun bu gün öz tərəfdarları ilə keçirdiyi görüş qalmaqalsız ötüşməyib.

Publika.az xəbər verir ki, partiyada Arif Hacılıya yaxınlığı ilə seçilən başqanlığa namizədlərdən Səxavət Soltanlının görüşdə çıxış etməsinə imkan verilməyib. Onun seçkilərdə baş vermiş saxtakarlıqların ictimai müzakirəyə çıxarılmamasını, partiyanın daxilində qapalı şəkildə müzakirə edilməsini təklif etməsi isə Qubad İbadoğlunun tərəfdarları tərəfindən etirazla qarşılanıb. Səxavət Soltanlının çıxışını davam etdirməsinə imkan verilmədiyindən zalı tərk etməyə məcbur olub.

Səxavət Soltanlı buna sosial şəbəkədə münasibət bildirib. O qeyd edib ki, həmin toplantıya onu şəxsən Gubad İbadoğlu dəvət edib. "Mən də qəbul etmişdim. Orada səslənən "faktların" böyük əksəriyyəti doğru olmadiğı üçün söz istədim Gubad bəy də söz verdi. Çıxış etdiyim zaman sədarət tərəfindən çıxişıma müdaxilə oldu, daha sonra təbii olaraq zaldan da bu etiraza dəstək gəldi.

Bura kimi bu məsələ haqqında yalnız daxili müzakirələri doğru hesab edirdim, bundan sonra da belə hesab edirəm. Amma bu məsələlər geniş ictimaətin müzakirəsinə çıxarıldiğı ücün məndə bu haqda fikirlərimi sizlərlə bölüşəcəyəm", - deyə Səxavət Soltanlı çıxışının tam mətnini yaxın saatlarda yayacağını əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm