XİN rəhbəri Vladimir Makeylə görüşüb
Bizi izləyin

Nida.az

XİN rəhbəri Vladimir Makeylə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 6-da Belarusun xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasındakı səmimi dostluq münasibətləri əsasında dinamik surətdə inkişaf edən ikitərəfli siyasi-iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub. Hər iki ölkənin əksər beynəlxalq məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşdüyü vurğulanaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

İkitərəfli əlaqələrin inkişafında parlamentlərarası təmasların xüsusi rola malik olduğu qeyd edilərək, parlamentlər səviyyəsində qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı hökumətlərarası əməkdaşlıq komissiyasının növbəti iclası və onun gündəliyində duran məsələlər, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı sərmayələr və uzunmüddətli iqtisadi layihələr kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkənin yüksək texnologiyalar, sənayenin müxtəlif sahələri, kənd-təsərrüfatı və mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malik olduğu qeyd edilib.

Görüşdən sonra Elmar Məmmədyarov və Vladimir Makey tərəfindən birgə mətbuat konfransı keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm