İŞİD Azərbaycandan əsgər toplamağa davam edir- Şok
Bizi izləyin

Nida.az

İŞİD Azərbaycandan əsgər toplamağa davam edir- Şok

İŞİD Azərbaycandan tərəfdar toplamağı davam edir.


Publika.az terror qruplaşmasına yazın saytlara istinadən xəbər verir ki, təşkilat üzv toplanması üçün potensial məkanların adını açıqlayıb.

Cihad əl Şam adı ilə yayılan məqalədə deyilir ki, ABŞ başda olmaqla bütün dünya “İslam dövləti”nin üzərinə gəlsə belə, Allahı sevənlər onlar tərəfdədir.


“Şeytanın özü olan Amerika düşünürsə ki, koalisiya yaratmaqla “İslam dövləti”ni məhv edə biləcək, yanılır. Hər keçən gün “İslam dövləti” böyüyür, genişlənir, Allahın izni ilə qüdrətlənir. Qardaşlarımız artıq heç nəyi gözləmir və Allahın qanunlarının bərqərar olduğu bu torpaqlara üz tutur. Özbəkistan, Qazaxıstan, bütün Mərkəzi Asiyadan tutmuş Uzaq Çin sərhədlərinə qədər, Avropanın özündən başlamış Qafqaza və Qafqazın gözü olan Azərbaycana qədər qardaşlar “İslam dövləti”nə üz tutur”, -deyə məqalədə bildirilir.


Müəllif İŞİD-ə son qoşulanların gəldikləri ölkələrin adını açıqlayıb. Bunlar Özbəkistan və Azərbaycandır.


Sonda müəllif, “qardaşları Allah yolunda cihada dəvətimiz davam edir” deyə bildirir.


Qeyd edək ki, bir müddət öncə İranın İRNA agentliyi də İŞİD-in Azərbaycandan əsgər topladığı xəbərini yazmışdı. Agentliyin məlumatına görə, Azərbaycan İŞİD-in siyahısında əsas yerlərdən birini tutur.


“İŞİD-in aktivliyi onu göstərir ki, hətta təhlükədən uzaq olan Yaxın Şərq ölkələri də artıq ciddi risklər alırlar. İŞİD-in özünə üzv topladığı ölkələrdən biri də Azərbaycandır. Bunu ölkənin daxilindəki müəyyən orqanlar da təsdiqləyir”, -deyə agentlik bildirirdi.



Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm