“Ermənilər Dağlıq Qarabağla yanaşı, digər əraziləri də işğal ediblər”
Bizi izləyin

Nida.az

“Ermənilər Dağlıq Qarabağla yanaşı, digər əraziləri də işğal ediblər”

Professor dr. Piter Şol-Latour “TV Berlin” telekanalının “Məkanımız Berlindir” proqramında Azərbaycan haqqında müsahibə verib.

Proqramın aparıcısı Brinkmann verilişin otuzdan çox kitabın müəllifi, səyyah, jurnalist, professor dr. Piter Şol-Latourun Berlindəki evindən aparıldığını bildirdikdən sonra, əsas məqsədin Azərbaycan mövzusunun müzakirəsi olduğunu bəyan edərək, bir sıra suallarla müsahibinə müraciət edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Piter Şol-Latour qeyd edib ki, ermənilər Azərbaycan ərazisini Rusiyanın hərbi dəstəyi nəticəsində keçdilər. Belə ki, Ermənistan Türkiyə ilə sərhədi qoruyur. Bundan başqa, burada xristian həmrəyliyi də var idi. Aparıcının “Hüquqi standartlarla mühakimə etsək, ermənilərin hərəkətləri beynəlxalq hüquqa ziddirmi?” sualına “Heç şübhəsiz”,- deyə cavab verən professor qeyd edib ki, ermənilər nəinki Dağlıq Qarabağı ayıran ərazini işğal ediblər, onlar hətta bir az da irəli gedərək, misal üçün, Ağdamı da işğal ediblər. Ağdam keçmiş Dağlıq Qarabağın xaricindədir və strateji olaraq şox vacib mövqedədir. Hazırda Azərbaycanın ərazisinin beşdə biri işğal altındadır. Aparıcının “Niyə biz bunu müzakirə etmirik? Həmişə inanırıq ki, ərazi toxunulmazlığı prinsipinə riayət olunur. Lakin bu halda görünür ki, heç nəyə məhəl qoyulmayıb” fikrinə münasibət bildirən Piter Şol-Latour ermənilərə olan simpatiyadan bəhs edərək, Fransada böyük təsirə malik olan erməni icmasının mövcud olduğunu bildirib.


Müsahibənin gedişi zamanı aparıcı Brinkmann çox maraqlı bir məsələyə də diqqəti cəlb edib. O deyib ki, “Bu gün biz Azərbaycan və Ermənistan arasında olan münaqişəni müzakirə edirik. Mən bu məsələ ilə bağlı ilk dəfə Bakıdakı Mahnı müsabiqəsi zamanı xəbərdar edildim. Azərbaycanlılar həmişə aydın şəkildə bildirirdilər ki, biz müharibə şəraitindəyik!” Almanlar isə sual verirdilər: “Nə müharibə? Nə üçün müharibə hələ bitməyib?” Piter Şol-Latour bununla əlaqədar olaraq qeyd edib ki, “Bu, Azərbaycan üçün faciəvi vəziyyətdir. Bundan başqa, bu münaqişə ilə məşğul olan komissiya var. Beş dövlət təmsil olunur, lakin komissiya heç bir iş görmür”.

Müsahibədə neft və qaz kəmərləri ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Aparıcının “Azərbaycan qazı Nabucco kəmərini təmin edə bilərdi, lakin indi biz qazı başqa kəmər vasitəsilə alırıq” fikrinə də professor Piter Şol-Latour diqqətəlayiq cavab verib. O deyib ki, “Bu, Almaniya və bütün Qərbi Avropa üçün maraqlı bir faktdır ki, bizim böyük həcmdə asılı olduğumuz Rusiya təbii qazı və xam neftindən başqa da, ayrı vacib mənbə var. Tarixən də belə olub, misal üçün, Hitlerin cənuba, Qafqaza irəliləmə səbəbi alman silahlı qüvvələri üçün benzin və ağ neft əldə etmə ehtiyacı ilə izah olunur. Ona görə də Hitler üçün Bakının işğalı Moskvanın işğalından daha önəmli idi. Lakin onun tabeliyində olan insanlar bunu dərk etməyiblər”.


Piter Şol-Latour müsahibə kontekstində azərbaycanlılar haqqında da maraqlı fikirlər söyləyib: “Mən müxtəlif Qafqaz xalqları ilə tanış olmuşam, lakin ən istiqanlıları azərbaycanlılardır və mən bunu yalnız sizə xoş olsun deyə demirəm. Onlar poeziyaya meyllidirlər, aqressivliyə o qədər də meylli deyillər, çox mədəni və mehriban insanlardır. Mən Bakıda və onun ətrafında özümü çox rahat hiss etdim və Ermənistan ərazisi ilə ayrılan kiçik eksklav olan Naxçıvanda çox qonaqpərvər və mehriban insanlarla tanış oldum”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm