"İntihara artıq bir alışqanlıq yaranıb" - Milli Məclis komitəsinin sədri KİV-lərə etiraz
Bizi izləyin

Nida.az

"İntihara artıq bir alışqanlıq yaranıb" - Milli Məclis komitəsinin sədri KİV-lərə etiraz

"Bu gün cəmiyyəti qana, vəhşiliklərə alışdırmaq lazım deyil. Bir müddətdən sonra hiss edəcəksiniz ki, o neqativ informasiyalar iç dünyanıza nə dərəcədə mənfi təsir edib. Siz nə dərəcədə daşlaşmış biri olmalısınız ki, o informasiayalar sizə təsir etməsin?!

Bu gün Azərbaycanda intihar hadisələrinin internet-saytlarda və televiziyalarda təqdim edilən formada verilməsi qətiyyən doğru deyil. Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib.

Komitə sədri qeyd edib ki, bir intihar hadisəsindən yazanda ya bıçaq, ya həmin adamın asılmasını, ya da qan göstərirlər ki, bu da insan şüuruna mənfi təsir edir: "Əvvəllər intihar hadisəsini eşidəndə hamı qeyzlənir, əsəbiləşirdi. İndi isə hər şey adiləşib. Bu neqativə artıq bir alışqanlıq yaranıb. Televiziyanı açırsız, səhərdən axşama qədər fəlakət, qəzalar, ölüm hadisələri, müharibələr, münaqişələr verilir. İnsan da artıq bunlara elə rahat baxır, elə rahat qəbul edir ki, intihar hadisəsinə baxan insan 2 dəqiqədən sonra hansısa şouya rahat baxa bilir. Bu, artıq insan duyğularının başqalaşması, vəhşiləşməsi deməkdir".

Millət vəkilinin fikrincə, əgər intihar hadisəsi baş veribsə, həmin hadisəni göstərmək yox, onun səbəblərini araşdırmaq, ictimaiyyətin buna münasibətini öyrənmək lazımdır: "Bu gün cəmiyyəti qana, vəhşiliklərə alışdırmaq lazım deyil. Bir müddətdən sonra hiss edəcəksiniz ki, o neqativ informasiyalar iç dünyanıza nə dərəcədə mənfi təsir edib. Siz nə dərəcədə daşlaşmış biri olmalısınız ki, o informasiayalar sizə təsir etməsin?!"

R.Aslanova əlavə edib ki, insanları qorumaq üçün artıq informasiyaların ötürülmə xarakteri dəyişməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm