Məmmədyarovun Minsk səfəri: Bakı hansı manevri edir?
Bizi izləyin

Nida.az

Məmmədyarovun Minsk səfəri: Bakı hansı manevri edir?

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Belarusiyaya səfərinin oktyabrın 10-da Minskdə keçiriləcək Avrasiya İttifaqinin növbəti iclası ərəfəsində baş tutması diqqət çəkəndir. Hansı ki, oktyabrın 10-da Ermənistanı ittifaqa daxil olması qətiləşəcək.


Publika.az xəbər verir ki, Azərbaycan XİN rəhbərinin səfərini şərh edən “Belarusiya Novosti” nəşri yazır ki, Məmmədyarovun Minskə gəlməsi məhz Ermənistanın ittifaqa daxil olması məsələsində Lukaşenkonun mövqeyini bir daha dəqiqləşdirməkdir.
Bundan əvvəlki iclasda Yerevanın ittifaqa qəbul ediləcəyi gözlənilirdi. Lakin hər şey gözlənilməz şəkildə dəyişdi. Azərbaycan lideri İlham Əliyev diplomatik manevr edərək qazaxıstanlı həmkarının dili ilə öz sözünü dedi. Belə ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün ittifaqa daxil olması böyük əngəldir. Yəni Yerevan yalnız öz sərhədləri daxilində ittifaqa girə bilər, o işğal etdiklərini özü ilə apara bilməyəcək.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev konkret olaraq azərbaycanlı həmkarının dəstəklədi. Ardınca Lukaşenko da buna qoşuldu. Burda həm Bakının razı salınması, həm də zəif iqtisadiyyata malik Ermənistanın daxili problemlərinin ittifaq hesabına həll edilməsinə qarşı çıxılması əsas faktordur.


Məmmədyarovun da səfərində bu məsələnin əsas müzakirə mövzusu olduğu şəksizdir. Görünür, Bakı mövqeləri yenidən dəqiqləşdirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm