• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Deutsche Welle”: “Postsovet məkanı parçalanır, ən unikalı Bakının seçimidir”

  • Nida.az
  • 8 Oktyabr 2014 11:27
  • 514 Baxış
“Deutsche Welle”: “Postsovet məkanı parçalanır, ən unikalı Bakının seçimidir”

Avropa seçimi postsovet məkanında parçalanmanı dərinləşdirir.

Publika.az xəbər verir ki, Almaniyanın “Deutsche Welle” nəşri keçmiş SSRİ respublikalarının seçimini şərh edib.

Nəşr yazır ki, postsovet məkanında əsas qırılma nöqtəsi Avropa və Rusiya arasındakı seçimdə önə çıxır.

Avropa Komissiyasının “Avropa Birliyinin qonşuluq siyasətinin barometri “Şərq Əməkdaşlığı”” sorğusu bunu əyani sürətdə göstərir. Sorğuya görə, əsas parçalanma Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukraynadadır.

Nəşr yazır ki, sorğuda ən çox Azərbaycanda demokratiyanın inkişaf etdiyini düşünənlər var.

Moldova: respondentlərin 16 faizi hesab edir ki, onların ölkəsində demokratiya inkişaf edir.

Ukrayna: bu ölkədə demokratiyanın inkişafını düşünənlər 22 faizdir.

Gürcüstan: 30 faiz belə düşünür.

Belarus: demokratiyanın inkişafını düşünənlər 48 faizdir.

Rusiya: bu ölkədə 54 faiz belə düşünür.

Azərbaycan: respondentlərin 56 faizi ölkədə demokratiyanın inkişaf etdiyini düşünür.

Ermənistan: cəmi 11 faiz insan ölkəsində demokratiyanın inkişaf etdiyini hesab edir.

Rusiyalı politoloq Andrey Okara bu ölçüləri əhəmiyyətli dərəcədə parçalanma ilə izah edir.

“Faktiki olaraq bu, Avropa və Avrasiya dəyərləri arasındakı fərq deyil. Bu, açıq və qapalı cəmiyyətlərin dəyərləndirməsidir. Misal üçün, Rusiyada dəyərlərin müəyyən modeli özünü araya soxur, həmçinin açıq cəmiyyətə nifrət də var”, deyə rus politoloq qeyd edib.

Ukraynalı publisist Mikola Ryabçuk isə düşünür ki, Avropa Birliyi ilə Assosiativ Sazişi imzalayan Gürcüstan, Moldova və Ukraynadan, eləcə də Avropa Birliyi ilə müəyyən əməkdaşlıqları genişləndirən digər ölkələrdən fərqli olaraq Rusiya və Rusiyapərəstləri dünya ilə eyniləşdirmək doğru deyil.

Nəşr sorğu keçirilən ölkələrin hər birinin milli mentalitetinə toxunaraq yazır ki, misal üçün, Belarus və Ermənistan kimi ölkələrdə sovet nostaljisi hələ də qalır. Onlar üçün ən yaxşı seçim Rusiyadır. Ukrayna, Gürcüstan və Moldova isə Avropa seçimini daha çox strateji baxımdan edirlər. Bu isə onların cəmiyyətində ikiyə bölünməni sürətləndirir.
Azərbaycan bu ölkə bir qədər fərqlidir. Nəşrə görə, Azərbaycan cəmiyyəti unikal mentalitetə sahibdir. Dövlət səviyyəsində Avropa və Rusiya ilə eyni məsafəli siyasət aparılır. Bu, cəmiyyətə də sirayət edir. Bəzi dəstəkçilərin olmasına baxmayaraq, cəmiyyətin əksər hissəsi tərəflər arasında məsafə siyasətini dəstəkləyir və daha çox xeyrin gəldiyi tərəfə üstünlük verirlər. Bu da zaman-zaman bu tərəfdən o biri tərəfə doğru dəyişmə tendensiyası ilə müşahidə olunur.

“Lakin ümumi mənzərədə postsovet məkanı seçimlər arasında parçalanıb. Burda cəlbedici Avropa seçimi və təzyiq edən Rusiya var”, deyə nəşri qeyd edir.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR