Arif Hacılı qardaşını işdən çıxardı: yeni müşavirlər kimlərdir?
Bizi izləyin

Nida.az

Arif Hacılı qardaşını işdən çıxardı: yeni müşavirlər kimlərdir?

Müsavat Partiyasının başqanı Arif Hacılı başqan müşavirlərinin təyini ilə bağlı sərəncamlar imzalayıb.


Partiyadan Publika.az-a verilən məlumata görə, Müsavat Partiyası Səbail rayon təşkilatının şura üzvləri Elman Həsənəli oğlu Həsənov, Dadaş Rəşid oğlu Əhmədov, Məclis üzvləri Cahangir Hüseyn oğlu Əmirxanlı və Azər Yavər oğlu İsmayıl Müsavat Partiyası başqanının müşaviri təyin edilib.


Qeyd edək ki, keçmiş başqan İsa Qəmbərin müşavirləri Arif Hacılının qardaşı Mustafa Hacıbəyli, başqanlığa namizədlər Qubad İbadoğlu və Səxavət Əlisoy, eləcə də Səxavət Soltanlı və Rüfət hacıbəyli idi.
Keçmiş müşavirlərin, xüsusilə başqanın qardaşı Mustafa Hacıbəylinin partiyada hansı vəzifəyə təyin ediləcəyi maraqla gözlənilir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm