Müsavat parçalanacaq - İDDİA
Bizi izləyin

Nida.az

Müsavat parçalanacaq - İDDİA

"İsa Qəmbər 450 nəfərlik bir qurultayı normal şəraitdə keçirib başa çatdıra bilməyən adamdır. Özünü də demokrat kimi təqdim edirdi. Müsavat parçalanacaq". Bu bəyanatla BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı çıxış edib. Onun sözlərinə görə, Müsavat partiyasının qurultayından sonra baş verən son hadisələr göstərdi ki, sən demə, bu partiyanın rəhbərliyində olan insanların böyük əksəriyyəti hakmiyyətə işləyən adamlar imiş:

”Müsavatın rəhbərliyində olan şəxslərin böyük əksəriyyəti hakimiyyətə işləyirmiş. Bunu başqanlığa namizəd Qubad İbad oğlu ilə başqan müavini Gülağa Aslanlının bir-birinə olan ittihamında açıq səsləndirdilər. Özlərinin dedikləridir bu. İsa Qəmbər 22 ildir ki, YAP hakimiyyətini ittiham edirdi ki, seçki ədalətli keçirilməyib və saxtakarlıq olub, ölkədə indiyə qədər demokratik seçki mühiti olmayıb və s. Bu gün isə məlum oldu ki, heç İsa Qəmbər 450 nəfərlik bir qurultayı normal şəraitdə keçirib başa çatdıra bilməyən, Qubad İbad oğlunun dili ilə desək, qurultayda ədalətli seçki mühitinin olmasını təşkil edə bilməyən qabiliyyətsiz adam imiş. Özləri bəyan edirlər ki, saxtakarlıq o həddə olub ki, qurultaya Müsavatın Samux rayon təşkilatının adından Gəncədən nümayəndə göndəriblər. Bütün bunlar onu göstərdi ki, İsa Qəmbərin özü saxtakar, demokratik prinsiplərdən kənar adamdır, 22 ildir boş-boş danışırmış".

BAXCP sədrinin müavini faktiki Müsavat partiyasının parçalandığını dedi və yaxın zamanlarda bunun rəsmiləşəcəyini qeyd etdi: ”Artıq Müsavatın parçalanması göz qabağındadır. Demək olar ki, Müsavat "facebook" sosial şəbəkəsində parçalanıb. Hər gün Arif Hacılı tərəfdarları ilə Qubad İbad oğlu tərəfdarları bir-birini təhqir edir, nifrət püskürür. Yaxın zamanlarda partiya rəsmən parçalanacaq".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm