Prezidentlər Paris görüşünə hazırlaşır – səfirdən AÇIQLAMA - ÖZƏL
Bizi izləyin

Nida.az

Prezidentlər Paris görüşünə hazırlaşır – səfirdən AÇIQLAMA - ÖZƏL

Gələn ay Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün keçirilməsi gözlənilir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Publika.az-a eksklüziv açıqlamasında deyib:

“Yəqin ki, bu ayın sonunda Dağlıq Qarabağla bağlı görüşlər baş tutacaq. Konkret olaraq hələlik bir söz deyə bilmərəm. Amma hər iki tərəfin razılığı ilə bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana və Ermənistana səfər edəcəklər. Bu proses mütəmadi olaraq davam edir”.

Səfir qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə planlaşdırılan görüşü ilə bağlı hər iki tərəf ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirələri davam etdirir:

“Ehtimal var ki, bu cür görüş baş tutsun. Amma bu görüşün konkret nə vaxt olacağını indidən deyə bilmərəm. Hər halda, payızda bu görüşün keçirilməsi gözlənilir. Əgər hər hansı ümidverici nəticələr yaranarsa, o zaman bu görüşün ən yüksək səviyyədə baş tutması istisna deyil”.

Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib ki, bu ilin noyabr ayında Fransa prezidenti Fransua Ollandın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü gözlənilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm